SON XƏBƏRLƏR

BMT-nin İnsan Hüquqları Şurası, “Amnesty İnternational”ın 1989-cu ildə İranda siyasi məhbusların qətliamı ilə bağlı bəyanatını yayıb

2021.10.20, 07:36
BMT-nin İnsan Hüquqları Şurası, “Amnesty İnternational”ın 1989-cu ildə İranda siyasi məhbusların qətliamı ilə bağlı bəyanatını yayıb

Gunaz.tv

GünazTV: BMT-nin İnsan Hüquqları Şurası fevralın 28-də Cenevrədə keçirdiyi növbəti toplantısında “Amnesty İnternational”ın 1989-cu ildə İranda siyasi məhbusların kütləvi qətliamının araşdırılması ilə bağlı çağırış-bəyanatını yayıb.

 

Bəyanatda bildirilir ki, BMT-nin İnsan Hüquqları Şurası 1989-cu ildə İran zindanlarında siyasi məhbuslara qarşı törədilən misilsiz cinayətdə birbaşa əli olan İranın indiki rəhbərlərinin dosyesini araşdırmalı, beynəlxalq ictimaiyyətə açıqlamalıdır: “Amnesty İnternational” bütün ölkələrdən istəyir ki, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanın fəaliyyətinin vaxtını uzadaraq, ona dəstək versinlər. Biz həmçinin İran rejiminin rəsmilərindən BMT nümayəndəsi ilə əməkdaşlıq etməsini tələb edirik.

 

İran rejiminin rəsmiləri 1989-cu il, iyulun axırlarından başlayaraq sentyabrın əvvəllərinə qədər olan müddətdə siyasi və dini əqidəsinə görə zindanlarda saxlanılan və bəzən hökm almış minlərlə siyasi məhbusu ayətullah Xomeyninin gizli bir fətvası əsasında məxfi şəkildə edam etmiş, minlərlə məhbus isə həmin vaxt yoxa çıxıblar. Qeyd olunur ki, bir neçə ay ərzində kütləvi şəkildə edam edilənlərin əksəriyyəti yaşı 18-ə çatmamış gənc siyasi fəallar olublar.

 

Təəssüflər olsun ki, bu dəhşətli cinayətin baş verməsindən 30 il keçməsinə baxmayaraq, siyasi məhbusların kütləvi edamında əli olan heç bir İran rəsmisi bu günə qədər ədalətin cənginə tapşırılmayıb və onlar öz cəzalarına çatmayıblar. Bu cinayətin iştirakçısı olan İranın hazırkı rəhbərləri, nəinki törətdikləri qeyri-insani cinayətə görə məsuliyyətə cəlb edilməyiblər, hətta hazırda onlar öz hakimiyyətlərini qoruyub saxlayaraq, daha yüksək vəzifə və mövqeyə yiyələnmək üçün bir-biri ilə rəqabət də aparırlar.

 

 

Hesab edirik ki, BMT-nin İnsan Hüquqları Şurası, bu böyük cinayətdə rolu olan İran rəsmilərinin dosyesini araşdırmalı, onların bu günə qədər cəzasız qalması məsələsini gündəmə gətirməlidir”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar