SON XƏBƏRLƏR

BMT-nin mütəxəssisləri İrandan siyasi məhbuslara müalicə almaq üçün imkan yaradılmasını tələb ediblər

2021.10.20, 07:36
BMT-nin mütəxəssisləri İrandan siyasi məhbuslara müalicə almaq üçün imkan yaradılmasını tələb ediblər

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının mütəxəssisləri İranda siyasi məhbusların həyat və sağlamlığına qarşı biganə münasibətə görə bəyanat yayıblar.

 

Bəyanatda bildirilir ki, mütəxəssislər dəfələrlə iranlı rəsmilərə siyasi məhbusların psixoloji və fiziki vəziyyətlərinə görə narahat olduqlarını bildiriblər. Hər dəfə rəsmilər məhbusların müalicə almaları üçün lazım olan bütün addımları atacaqları barədə söz versələr də, bu, elə söz olaraq qalıb.

 

Bəyanatda həmçinin qeyd edilir ki, bir çox məhbusun səhhətində olan problem çox ağırdır və müalicə ala bilməsələr, ölüm təhlükəsi ilə üz-üzə qalacaqlar. Mütəxəssislər vurğulayıblar ki, bu hal bir neçə məhbusla məhdudlaşmır, artıq görünür ki, İran bütün siyasi məhbusları müalicə almaq imkanından məhrum edib.

 

Mütəxəssislər siyasi fəaliyyətlərinə görə ağır ittihamlarla həbs edilən bir neçə insan haqları fəalının xərçəng kimi ağır xəstəliklərə tutulmasına baxmayaraq, müalicədən məhrum olunduqlarını qeyd edib. Sonda onlar İran hökumətindən bütün siyasi məhbuslara müalicə almaq üçün dərhal və heç bir qeyd-şərtsiz bütün imkanların yaradılmasını tələb ediblər.

 

Qeyd edək ki, hazırda İran həbsxanalarında saxta ittihamlarla həbs olunan bəzi güney azərbaycanlı milli-mədəni fəalların səhhətlərində də ciddi problemlər var. İran hökuməti onların müalicə almasına hər bir vəchlə əngəl olur. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar