BMT önündə Ermənistanın mina xəritələrini verməməsinə etiraz sərgisi keçirilib

2021-06-19 10:03

ABŞ-ın Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahı önündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilmiş minaların xəritəsinin verilməməsinə etiraz olaraq sərgi keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Sərgidə Ermənistanın Azərbaycanın tarixi torpaqlarında terror siyasətini davam etdirdiyinə dair faktlar, minaya düşərək faciəvi şəkildə həyatlarını itirən hərbi və mülki şəxslərin fotoları əks olunub.

Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Sərgi ABŞ ictimaiyyətinin, BMT-də fəaliyyət göstərən media nümayəndələrinin və diplomatların diqqətini cəlb edib.

Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli sərgi ziyarətçilərini erməni silahlı birləşmələri tərəfindən zəbt olunan Azərbaycan torpaqlarının hər qarışında basdırılan minaların partlaması nəticəsində hərbi və mülki şəxslərin həlak olmağa davam etdiyi haqqında məlumatlandırıb.

BMT-də fəaliyyət göstərən jurnalistlər Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov haqqında məlumat alıb, jurnalistlərə qarşı atılmış bu mənfur addımın qəbuledilməz olduğunu deyiblər.

Sərgi ilə tanış olan Efiopiya Krallığı, Gürcüstan, Rusiya və Çin Xalq Respublikasının diplomatları Ermənistan tərəfinin təcavüzkar addımlarını qınayıb və cinayətkarların beynəlxalq məhkəmələrdə cavab verməli olduqlarını deyiblər.  (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31