GünAz TV: Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyada sentyabr ayında insani yardım karvanını hədəf alan hücumu təşkil edənlərin təsbit edilməsi üçün məsələni Təhlükəsizlik Şurasına daşımağı planlaşdırır.
BMT baş katibinin köməkçisi Yan Eliasson bu xüsusiyyətdəki hücumun müharibə cinayəti olduğunu ifadə edib:
“İnsani yardım karvanına bu formada təşkil edilən hücum şübhəsiz müharbə cinayətidir və mümkün olduğunca çox məlumat toplamağımız çox əhəmiyyətlidir”.
Hələb şəhərinin Urum əl-Kübra bölgəsində 19 sentyabrda BMT və Suriya Qızıl Ayparasına aid insani yardım karvanına təşkil edilən hava hücumunda təxminən 20 nəfər həyatını itirmişdi. Amerika hücumla əlaqədar Rusiyanı günahlandıraraq hadisə anında eyni bölgədə iki rus reaktivinin görüldüyünü demişdi. Rəsmi Moskva isə bu iddiaları rədd edir.
Suriyalı müxaliflərin nəzarətindəki Hələbin şərqində isə yaşayış yerlərini hədəf alan hava hücumları isə davam edir. Bölgədəki insani böhran getdikcə daha da dərinləşir.
N.S