SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurasında İranda baş verən kütləvi etirazlar müzakirəyə çıxarılıb

2021.10.20, 07:36
BMT Təhlükəsizlik Şurasında İranda baş verən kütləvi etirazlar müzakirəyə çıxarılıb

Gunaz.tv

GünAzTV: Yanvatın 5-də BMT Təhlükəsizlik Şurasının növbədənkənar fövqəladə iclasında İranda rejimə qarşı baş verən kütləvi xalq etirazları müzakirəyə çıxarılıb.

 

Amerikacnın BMT-dəki daimi nümayəndəsi Nikki Haleyin təşəbbüsü ilə keçirilən iclasda, Təhlükəsizlik Şurasının 3 daimi üzvü, Çin, Rusiya və Fransa nümayəndələri, bu mövzunun şurada müzakirəyə çıxarılmasınə etiraz bildiriblər. Xanım Haleyin iclasın açılışındakı çıxışından sonra, bu məsələnin bağlı qapılar arxasında müakirə olmasının tərəfdarı olan Rusiyayanın BMT-dəki daimi nümayəndəsi Vaşonqtona qarşı sərt mövqe tutaraq, Amerika hökumtini İranın daxili işlərinə qarışmaqda günahlandırıb.

 

BMT Təhlükəsizlik Şurasının digər daimi üzvü, Böyük Britaniya isə, İsveç, ollandiya və Polşa səfirləri ilə birlikdə İran hökumətinin dinc etirazçılara qarşı repressiya və zorakılığını pisləyərək, BMT-nin insan hüquqları üzrə özəl nümayəndəsinin bu ölkəyə səfərinə razılıq verməsini tələb ediblər.

 

Nikki Haley isə bildirib ki, Vaşinqton, İranda rejimə qarşı etirazlara qalxan aksiyaçılara dəstək verəcək: “Dünya birliyi, 2009-cu ildə İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı keçirilən kütləvi etirazlara dəstək vermədi. Lakin bu dəfə İran milləti öz iradəsi ilə etirazlara qalxıb və məhz buna görə də, Amerika hökuməti onların yanında olacaq. Biz, 2018-ci ildə artıq sakit qalmayacağıq. İran milləti bir daha ayağa qalxıb. Onun istəyi isə sadəcə olaraq ölkədə insan hüquqlarına riayət olunması və vətəndaşların əsas azadlıqlarının təmin edilməsidir. Legitim olan hər bir hakimiyyət, bu istəkləri öz xalqından əsirgəyə bilməz. Onlar (iranlılar) isə bunun üçün bizdən yardım istəyirlər”.

 

Müzakirəyə çıxarılan mövzu ilə bağlı ciddi fikir ayrılığı olduğuna görə, BMT Təhlükəsizlik Şurasının bu iclası, konkret hər hansı bir nəticəyə gəlmədən başa çatıb.

 

 

Xatırladaq ki, on günə yaxındır İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilir. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilir, onların hakimiyyətdən getməsi tələb olunur. İranın müxtəlif şəhərlərində keçirilən etirazlarda ən azı 25 nəfər ölüb, onlarla aksiyaçı yaralanıb, 1800 nəfərdən çox insan həbs edilib.

 

 

Qeyd edək ki, molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib. Etirazlar davam edir.

 

 

A.M            

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar