SON XƏBƏRLƏR

Bolton: Tramp administrasiyası İrana qarşı ən ağır sanksiyalar qəbul etməyə davam etdirəcək

2021.10.20, 07:36
Bolton: Tramp administrasiyası İrana qarşı ən ağır sanksiyalar qəbul etməyə davam etdirəcək

Gunaz.tv

GünAz TV: Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Trampın İrana qarşı ağır sanksiyalar qəbul etməyə davam edəcəyini deyib.

 

O qeyd edib ki, İranın sanksiyaları pozmaq, eləcə də Suriya rejiminə dəstək göstərmək cəhdləri qəbuledilməzdir.

 

Müşavir həmçinin deyib ki, ABŞ rəftarlarını dəyişənə qədər İrana qarşı ən ağır sanksiyaları qəbul edəcək. Bundan əlavə, bu ölkənin nüvə silahı əldə etməsinə imkan verməyəcək.

 

Xatırladaq ki, iyulun 7-də İran nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində “2-ci addım”ı başladığını bəyan edib. Ondan bir gün sonra isə İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi ölkəsinin artıq uranı 4.5%-dən çox zənginləşdirdiyini, lazım gəldiyi təqdirdə, bu həddi 20%-ə çatdıracağını deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar