SON XƏBƏRLƏR

Boris Qrızlov Bakıda Qarabağdan danışdı

2021.10.20, 07:36
Boris Qrızlov Bakıda Qarabağdan danışdı

Gunaz.tv
Boris Qrızlov Bakıda Qarabağdan danışdı manshet.j140508.jpg "Rusiya tərəflərin əldə edəcəyi istənilən razılığı dəstəkləyəcək" Azərbaycana birgünlük rəsmi səfərə gələn Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov Milli Məclisdə brifinq keçirib. APA-nın məlumatına görə, B. Qrızlov iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Rusiyada bu yaxınlarda prezident seçkisinin keçirildiyini xatırladan Duma sədri qeyd edib ki, yeni prezident Dmitri Medvedyev əvvəlki siyasəti davam etdirəcək. Azərbaycanda prezident İlham Əliyev, spiker Oqtay Əsədovla görüşdüyünü deyən B. Qrızlov görüşlərdə Moskva-Bakı-Tehran dəmiryolu layihəsi ilə bağlı müzakirə aparıldığını vurğulayıb. B. Qrızlov Rusiyanın Dağlıq Qarabağ probleminin həllində mövqeyinin dəyişməz olduğunu söyləyib: "Biz ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparılmasını dəstəkləyirik. Rusiya tərəflərin əldə edəcəyi istənilən razılığı dəstəkləyəcək. Boris Qrızlov iyunda Sankt-Peterburqda iqtisadi forumda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün baş tutacağını deyib. O bildirib ki, prezidentlər bu görüşdə münaqişənin həlli yollarına yenidən baxacaqlar. Görüşlərdə Xəzər hövzəsi ölkələrinin Parlament Assambleyasının yaradılması təklifi ilə çıxış etmişik". B. Qrızlov Rusiyanın Cənubi Osetiya və Abxaziya ilə bağlı problemin həllində maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Dövlət Dumasında deputatlar Cənubi Osetiya və Abxaziyanın müraciətinin müzakirəyə çıxarılmasını istəyirlər: "Bu problemin həlli istiqamətində Gürcüstan rəsmiləri müsbət addımlar görməmişik". şərq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar