SON XƏBƏRLƏR

Böyük Atatürkün də sonadək bacarmadığı... cəhalət.

2021.10.20, 07:36
Böyük Atatürkün də sonadək bacarmadığı... cəhalət.

Gunaz.tv

 Hər cür pislik  kimi din cəhaləti  də bizimçün                    

sağlam olmayan ortamda (şəraitdə)  oluşa  bilir.

Bəli, tariximizdə çox  acı  görülən  odur  ki, çökmüş Osmanlı  Dövlətinin  yerində, Mustafa  Kamalın  başarısıyla,  Türk  millətinin özgürlüyünün qazanılmasında  uğurla hüquqi  baza  rolunu  oynamış Türkiyə  Böyük  Millət  Məclisi, 1930-cu  ildə, İsmət  İnönünün başqanlığında,  Türkiyə Cümhuriyyətinin  demokratik  idarəçiliyə  keçilməsi cəhdinin  qarşısının  alınmasında  əsas  və  üzücü (məşum) bir  rol  oynamışdır  ki, buna  da  səbəb  onların  əksərən geri  düşüncəli  olmaları olmuşdur...  Müsəlman  Şərqinin  düşüncəısi bildiyiniz  kimi,  əsarətində  olduğu  bədəvi  ərəbin  yarımvəhşi  görüşləri   əsasında  formalaşmışdır.

Beləliklə, ”Tarih Dosyesi / Dünya Bületeninin 15 mart 2018-ci il tarixli ” təqdimatından oxuyuruq,  “1930  Yılında  Atatürkün istəgiilə Fethi Okyar tarafından  kurulan  Serbəst  Cümhuriyyet  Fırkasının  hangi  amacla kurulduğu  noktasında  partinin kurucuları, dönəmin  tanıkları  (şahidləri,M.Ə.)  ve  konuyu araştıran  tarihçilerin  farklı  görüşleri  mövcuttur. Bu görüşler  bir kaç başlık altında  şöyle  toplanabilir:  Demokratik  rejime  geçiş  istegi,  Atatürkün İsmet  İnönü  yüfrenləmək (yüyənləmək,məhdudlaşdırmaq, M.Ə.)  istemesi, iktıdarın  denetlenmek (göz qoymaq,M.Ə.) istenmesi, toplumdakı egilimlərin (meyllərin,M.Ə.) anlaşılması  yani  yapılan  inkılapların  yerleşib yerleşmədiginin  tespiti.”(Seçmə,mənimdir,M.Ə.)

Görünür, Atatürk  və  demokratiya  tərəfdarları,  artıq oturuşmuş  Türkiyə Cümhuriyyətinin  yönətilməsinin,  təkpartiyalı, seçkin  bir  qrupun (CHP  seşkinləri) diktatından, yeni, çağdaş, demokratik  iş üsuluna,  yəni,  toplumun  daha  geniş  yaradıcılıq  alanına  keçilməsinin  zəruriliyini  çox aydınca anlayırdılar. Bu, qananların,  dövlətin daşıdığı Respublika  adına  uyğun dəyərlərlə yönətilməsinə  keçilməsi,  daim sürətlə yürüyən dünya inkişafından geri qalmamaq  və  yeni  çağla  ayaqlaşmaqla  daha üstün yaşamaq cəhdi  idi... Çünki, yenilikçi  kəsim görürdü ki,  Osmanlı Dövlətinin yıxılmasının  obyektiv  səbəblərindən  birinin, həm  də  ən  əsası,  dövlət  idarəçiliyinin  geriçi  monarxiya  (oxu, diktatura)  olması, öncül,  gəlişən  çağa, başqa sözlə, demokratiyaya uyğun olmaması  idi.

 Demokratya -  idarəçiliyə  geniş  xalq  kütlələrini  cəlb  etməklə,  gəlişmənin (inkişafın)  içdən qaynaqlanmasını təmin edən,  özü-özünü  üstün  kadrlar  və  dəyərlərlə  daim  təzələməklə  zənginləşdirən xalq  hakimiyyəti idarəçilik  üsuludur.  Atatürk  və  yenilik  tərəfdarlarının  bu  baxımdan,  Türkiyə Cümhuriyyətinin gələcəkdə  Osmanlının  acı  taleyini  təkrar  yaşamamasından  ötrü  çabaları  çox  doğal (təbii) və  anlaşılan  idi...

Daha  sonra, ”Tarih Dosyesi...”indən  oxuyuruq  “...Serbest  Fırkanın  kurucularından  ve  tüm gelişmelere, yaşananlara  şahit  olmuş  olan  Ahmet  Ağaoğlunun degerlendirmeleri  önemli  bir  kaynak niteligindedir. Ahmet  Ağaoğlu Serbest  Fırka Hatıraları adlı eserinde Serbest  Fırkanın  kurluşunu,  Atatürkün  ve  İnönünün  parti  karşısındakı  tutumunu ve  partinin  kapanış  sürecinde  taylı  bir şekilde  anlatmaqdadır....

Ağaoğlu  iktıdarda  bulunan İsmet  İnönü ve  ekibinin  Serbest Fırkanın  varlığından  rahatsız  olduğunu, özellikle  Fethi  beyin  İzmir seyahatından  sonra  Serbest  Fırkayı  yok  etmekçin  amansız  bir mücadileye  girdigini  dile  getirmekdedir. Bu  mücadilede  artık hiç  bir  kural (qayda,M.Ə.) yoktur. Kurtuluş  savaşı  sürecinde  yaşananlarda  yıllar  sonra  gündeme gelmeye  başlamıştır... CHP  millet vekillerinden  biri  kürsüye  gelerek : “İşte Efendiler, size  iki şahs!  Mudanya Mütarekanamesini (sazişini,M.Ə.)  yapan  və  Mondros  Mütarekanamesini  yapan!  Hangisini  tercih (üstün,M.Ə.)  ediyorsunuz?  Diye  rekeliile  Fethi  beyi  ve  Ismet  Paşayı  gösterdi.” (Mondros mütarekasini Fethi Okyar Yapmışdı) ”

Bu  müqaisə  olduqca  yersiz  və  məntiqsiz  olsa  da, lakin,  qaraqışqırıq salmaq  üçün  işə  yarayırdı  deyə, məsələ  İ.İnönü  tərəfindən  məclisdə qiymətləndirməyə  elə  bu müstəvidə  sunuldu (təqdim olundu).  Əslində, bir prinsip, yaşam  tərzi  olaraq demokratya hara, hər hansı bir  şəxs və  onun keçmişdəki  şərtlərin diqtəsilə  keçdiyi  yol, etdikləri   hara, bunlar  ayrı,  tamam  başqa  şeylər  idi... 

Halbuki,  Fəthi  bəy  sadəcə  bir məmur  kimi, tabeçiliyində  olduğu    o  zamanın  iqtidarı  Osmanlı Dövlətinin  tapşırığını  icra  etmişdir... bu əmələ  görə  hüquqi  məsuliyyəti  də  bu  barədə  qərar  vermiş və sonda  özünün  savaşdığı,  türk  düşməni və öz “düşməni”  ingilisin hərb  gəmisi  ilə  ölkəni  tərk  etmiş  Osmanlı  Dövlətinin  Sultanı   Vahdətdinin  və  onun  hökumətinin  boynundadır,  Fəthi  bəyin  buradakı  rolu  formal  icraçılıqdır... 

Burada, Osmanlı  İmperatorluğunun  çökməsində  məlum  faktiki   rol oynayan  Mondros  Sazişində  iştirak  etmiş  Fəthi Okyarın,  o  vaxtkı  işçi qrupunda  formal  rolu  ilə,  demokratiyaya  münasibət   tam yersiz  olaraq eyniləşdirilirdi.  Ki, əgər  Fəthi  bəy  türk  millətinin  işğalını  rəsmiləşdirən sazişdə  iştirak  edibsə, o (içdən bunu istəyib, istəməsindən asılı olmayaraq, əslində Osmanlı Dövləti, məğlub  tərəf  kimi  bu  sazişi  bağlamağa  zorlanmışdı),  demək, millətin  taleyində  mənfi  rol  oynamışdır, elə  buna görə  də  onun  adıyla  bağlı  olan  Sərbəst  Fırka  və  demokratik  idarəçilik də  pis  olmalıdır...

...Nəinki, TBMM-ni  təmsil  edən  İsmət  Paşanın  imzaladığı,  Qurtuluş  Savaşının  əsgəri  dövrünün  sona  ərməsi (çatması)  və  siyasi dövrünün  başlanmasını, habelə,  Osmanlı  Dövlətinin  hüquqi  cəhətdən sona  çatmasını  rəsmiləşdirən   Mudanya  Atəşkəsi... əlbəttə,  ikinci  müsbət  roldadır...

Türk  millətinin  bu  cür  taleyüklü  məsələsinin, İsmət  İnönü tərəfindən  tamamilə  yanlış  müstəvidə  səsverməyə  çıxarılması  və  bu firqənin, ölkədə  qarışıqlıq  yaratmaqla  Cümhuriyyəti  dağıdacağına  Mustafa  Kamalı  inandırması (əslində,  öz  gələcək  karyerası  xətrinə aldatması)...   Sərbəst  Fırka  Partiyasının  sonunu  gətirmiş  oldu...

Sozsüz,   burada   Mustafa  Kamalıın  öz  əvvəlki  fikrində  durmaması, silahdaşı İ.İnönünü  incitmək  istəməməsi  və qətiyyətsizliyi  də  rol  oynamışdır... ama,  gərək o, bunları  etməyəydi, çünki, söhbət   Türkiyənin  gələcəyinin  necə -  bir  qrup  seçkinin   (partnamenqlaturanın) diktaturasımı,  yoxsa,  demokratya,  xalq  hakimiyyəti yoluyla  davam  etməsi  məsələsi  idi.  

  ”Tarih Dosyesi...”  hər şeyə  aydınlıq  gətirir...”Partinin  kapatılış  dilekçesinin (ərizəsinin,M.Ə.)  yazılması  sürecinde  yaşananlar  ise  Ağaoğlunu  hayal  kırıklığına  uğratmış  ve  partinin  kuruluşunu  bir  aldatma  olarak  yorumlamasına  sebep  olmuşdu.  Partinin  kapanış  dilekçesinde  Fethi  Okyar, “Bu  şartlar  dahilinde  memlekette  ikinci  bir  fırkanın  teşekkülü  muhaldır” (mümkün  degildir)... demişti.  Ancak  buna  ilk  itiraz  İsmet  İnönüden  gelmişti:  “Cümhuriyyete  fırka  teşekkülü  muhaldır  demek,  Cümhuriyyetin  olmadığını  ilan  etmekdir  (əslində,o, haqlıdır, ancaq  burada  olayı,  Fəthi  bəyi,  Cümhuriyyətə  qarşı  qoymaqla  söz  oynadır,M.Ə.)  Buna  razı  olamayız.”  “Ah!  Şarkın  bu  riyakarlığı!  Kelimenin  altına  saklanarak  vehmi  mevcut,  hayali  gerçek  gibi  göstermekten  çekinmemek!  Bu  zavallı  ülkenin  bütün  felaketlerinin   kaynağı  bu  korkunc  ruh  hastalığıdır.” 

Partinin  kapatılış  dilekçesinin  yazıldığı  gün  yaşanan  bu  gelişmeler  Ağaoğlunun  rejime  ve  ülkenin  gelecegine  olan  güvenini yok  etmişti.  Serbest  Fırkanın  kendilerine  kurdurulmasının  halkı   aldatmaktan  başka  bir  amacının  olmadığına  inanmaya  başlamıştı.  Ağaoğluna  göre,  partinin  kurdurulmasının  sebebi  halkın  birkimiş (yığılıb qalmış,M.Ə.)  olan  tepkisini  gidermek (aradan qaldırmaq,M.Ə.), bir  nebze (anlığa,M.Ə.)  olsun  halkı  rahatlamaktı,  ülkeye  demokrasiyi  hakimkılmak kibi  bir  amacı yoktu.

Ağaoğlunun  Serrbest  Fırka  sürecinde  yaşadıkları,  onu  tekparti  rejimine  yönelik  en  sert    eleştiri  getiren  kimselerden  biri  haline getirdi.  Ağaoğlu  tekparti  rejimini  ve  dönemin  yöneticilerini  en  ağır  ifadelerle  şöyle  tasvir  edyordu:

Bizde  cumhuriyyetten  en  uzak  bir  belirti  bile  yoktur.  Bizdeki  rejim  tam  manasile  ve  en  şiddetli  bir  diktatörlüktür  ve  bunu  hepsi  bilyor.  Fakat  buna  reğmen (baxmayaraq,M.Ə.) her  kes hürriyyetten,  cumhuriyyetten,  bahsedyor,  herkes  serbest  cumhuriyyet  olduğunu  söylüyor  iddia  edyor.  Karşılıklı  bir  aldatmadırki,  memleketin  bir ucundan  diger  ucuna  kadar  devam edip  gidyor!  Fakat  aynı  zamanda  da  kimse  aldanmyor,  kimse  inanmyor. ”

Əhməd  Ağaoğlunun  istəyi  gələcəyi  parlaq,  demokratik  bir  respublika  qurmaq  idi...

Sayğılı  dostum,  tarixçi  professor  Nəsib  Nəsibli   mənə  deyir,  “Hardansa  eşitmişəm,  Sərbəst  Cumhuriyyət  Firqəsinin qapadılmasını  deyəndə:  Axı,  sən  özün  dedin  ki,  Serbest  Firqəni  quraq...  Mən  dedim,  indi  də  mən  qapadın,  deyirəm... deyəndə:   Biz  səninçün  uşaq  deyilik  ki,  bizi  aldadıb,  oynadırsan?...”  deyə,   sənin  soydaşın  Əhməd   Ağaoğlu,  Mustafa  Kamala  bozarmış  və  qapını  çırpıb  otağından  çıxmışdır...”

Bildiyimiz kimi,  Mondros  Atəşkəs  Antlaşması  30.10.1918-ci  ildə, Osmanlının 1-ci  Dünya  Müharibəsində  məğlubiyyətini  təsdiqləməklə, onun  varlığına  faktiki  son verir. Antlaşmanı,  Osmanlı  Dövləti  tərəfindən  Dəniz  Qüvvətləri  Naziri  Rauf (orbay)  Bəy  imzalamış, 7 maddədən ibarətdir.  Antlaşmanı  qarşı  tərəfdən  müttəfiqlərinin  razılığı  ilə İngiltərə imzalamışdır. Bu  Antlaşma ilə Osmanlı  Ordusu buraxılır  (7mad.), güvənlikçin kiçik  bir  jandarma  saxlanılır, 6  vilayətdə (Ərzrum, Van, Bitlis, Diyarbakır, Elazığ, Sivas)  ixtişaş olacağı  təqdirdə (5 mad.)...  buralar,  İttifaq  dövlətləri  tərəfindən  işğal olunacaq  və  burada   erməni  dövləti  qurulacaqdı...

Onsuzda,  Avropa  ölkələrinin,  Türkiyə  və   Rusiyanın da iştirak  etdiyi  Berlin Konqresindən (1 iyun-1 iyul 1878-ci il) sonra,  Konqresin,  Türkiyənin  xristianlar  yaşayan  Kiçik  Asiya  hissəsində  yerli  özünüidarə  islahatı  keçirilməsi  qərarından   sonra,  Avropa   dövlətləri  və  Rusiyanın gizlicə,   on  illərlə  silahlandırdığı    ermənilər  tərəfindən,  Birinci  Dünya  Müharibəsinədək  və  müharibə  dövründə,   müsəlmanlara  qarşı  bu  vilayətlərdə  (Kiçik  Asiyada və Azərbaycanda)  üç  dəfə  böyük  qırğınlar  törədilmiş  (1893-1894, 1905-1906, 1914 sonu-1918)  və  müharibə  aparan   Osmanlı  Dövləti  arxadan  vurulmuşdu...

Qurtuluş  Savaşı  aparan Türk  Ordusunun  böyük  hücumundan təlaşa  düşən  ingilislərin  istəyi  ilə, Türklərlə, İngiltərə və İtalya arasında,  11.10.1922-ciildə,  Mudanya  Atəşkəs  Antlaşması  imzalanmışdır.  Mudanya  Atəşkəsi  ilə Qurtuluş  Savaşının   əsgəri  səhifəsi  sona  çatmış, siyasi  səhifəsi  başlanmışdır. Bu  Antlaşma ilə, Doğu Trakiya (Ədirnə) və İstambul  savaşsız TBMM-nə verilmiş, Osmanlı  Dövləti  hüquqi  cəhətdən sona  çatmış, Mondros  Atəşkəs  Antlaşması  qüvvədən  düşmüşdür. Mudanya  Atəşkəs  Antlaşmasını TBMM-si  tərəfindən  İsmət  Paşa imzalamışdır.

Daha  sonra “Tarih Dosyesi...”ndən oxuyuruq, “Serbest  Fırka  lideri bu  şekilde  suçlanırkən  Şükrü  Kaya  isə  günə  damğasını  vuran  sözünü  söyləyərək  Türkiyənin  demokrasi  yolunda   halayerinde  saydığını gösteryordu:  “Hürriyyet  namına   devlet  otoritesini (nüfuzunu,M.Ə.)  feda  edemeyiz!”  Kayaya  göre, Serbest   Fırka  ülkede  karğaşa  ve  anarşi  çıkaryordu.”

Əgər,  doğrudan  da  yeni  tətbiq  ediləcək  üsul (o,nə olursa, olsun) dövlətin  sonunu  gətirəcəkdisə...əlbəttə  ki,  bina  gedilməsi  səhv  olardı  və onda  TBMM-i  haqlı  olardı...  Axı,   əslində    belə  deyildi... əslində  isə,  normal  siyasi  yarışma  “ixtişaş”  adlandırılaraq  bəhanə  edilir  və  demokratiyaya  açıqcasına  böhtan  atılırdı.

...Yəni,  SCF-nin  artıq  cücərtməyə  başlatdığı  yeni  (İzmirdə  böyük  coşquyla  qarşılanması),  demokratik düşüncə  ortamında,  daha  üstün  fikirli  insanların iqtidara  gələcəyi,  əski  düşüncəlilərin  ellikcə  cümhuriyyət  rəhbərliyinə  daşınmayacağı  və  ən  əsası   Atatürk  sonrası,  İ.İnönünün,   cümhurbaşqanı  olmayacağı  aşkar  görünürdü, deyə... bu  sürəc  əngəlləndi.

Məncə,  M.Kamalın, Sərbəst  Cümhuriyyət  Partiyasını  qapatmaqla demokratik  düşüncəli  qürurlu  dostlarından  ayrı  düşməsi  və  şəxsi  ailəsinin  olmaması,  onun pisliklərdən  qoruna  bilməməsinə  şərait  yaratdı. Daha sonra, M.Kamal   tədricən ,  səmimi  olmayan yaltaqlarla bürokratik  əhatəyə  alınmaqla  təkləndi  və  özünün  Afət  İnama  yazdığına  görə,  həkimin   səhv  müalicəsi (43 şüşə Kinin zəhəri) ilə  aradan  götürüldü...Belə  müalicə  səhvən  olmaya  bilməzdi...(“Yeni  mesaj”  qəzetəsi, yazarı  Yusif  Karacanın  “Gündəmdə  yenidən:  Atanın  şehit  edildigine  dair  içimde  hiçbir  şüphe  kalmadı.”  bitüsü (məqaləsi)).

Ağıllı  böyüklərimiz  bilirdilər  ki,  haqlı  tənqidi,  təklifi  kimin,  necə  deməyinin də  böyük  fərqi  var,  əgər  dost  edirsə,  qəbul  etsən,  sonucda  səni  ellikcə  uğur  gözləyir, yox  əgər  qəbul  etməsən, əlin,  əldə  edə  biləcəyin  faydadan    çıxır... ya  yerində  sayırsan,  ya  da ellikcə  geri  düşürsən...

Amma, düşmənin  səni  haqlı  tənqid  etsə  də və  ya   edə  bildiyi  halda,  etmirsə  də... demək, hər  iki  halda  əlyeri  hazırlayıb,  fürsət  gözləyir,    boşluqdan  yararlanıb  gec,  tez  səni  elə  vuracaq  ki,  qarşısını  almaq  gec  olacaq  və  səni  çökdürəcək.  Ağıllı  atalarımızın  bir  məsəlinin  burda  yeri  var  desəm,  deyir:  “Hoohoo,  var  dağdan  endirir,  hoohoo,  var  dağa  qaldırır.”  Burada  dostun (oxu,  demokratik  müxalifətin)  hoohoosu,  əlbəttə  ki, dağdan  endirəndir,   yəni,  hamının  xeyrinə  sülhə, inkişafa  aparandır.          

Əgər, Serbəst  Cümhuriyyet  Fırkası  yaşasaydı,  onda... türk  toplumunda  eyni  məsələyə  fərqli  fikirlər  deyilə  biləcək,  dartışmalardan  sonra  zamanı  üçün  cilalanmış,  ən  optimal  gerçək  fikir  ortaya  çıxacağı  ənənəsi   yaranacaq  və   bu,  toplumun  yaşam  tərzinə  çevriləcəkdi... Yəni,  fərqli  fikirlərin demokratik  yarışması  ortamında  səhv  və  düzgün  fikirlər  ayarlanacaq,  bu  fikirlərin  haqlısı  əsasında   düzgün  qərarlar  verilməklə  ən  sərfəli  inkişaf  yoluyla  keçiləcək  və   yurd,  bütün  alanlarda  bu qədər  ləngiməyəcək,  yerində saymayacaq,  bu  gün  sürükləndiyi   cəhalətə  gömülməyəcək... əksinə, eynən  Qərbi  Avropa  və  ABŞ  kimi,  öz  milli  özəlliklərilə  qabağa  gedə  biləcəkdi... 

Başqa  sözlə, Serbəst  Cümhuriyyet  Fırkasının  qapadılmasıyla,  hər  bir  toplumda  olduğu  kimi,  Türkiyə  toplumunda  da  daim  əmələ  gələn,  qaynaşmaqla  saf-çürük  edilən  və  toparlanan  iç  enerjinin,  Türk  xalqının  faydalı  iş  əmsalına  çevrilməsi  sürəci  (prosesi)  əngəllənmiş  oldu...  

Beləliklə,  toplumun  idarəçilikdə  doğal   yaradıcılıq   imkanı  əlindən  alındı,  yəni,  bu sahədə   boşluq  yarandı.  Daha  doğrusu  bu  boşluq  süni  surətdə,   şəxsi  maraqların  xeyrinə,  toplumun  ziyanına   yaradıldı.  Süni  surətdə  yaradılan  bu  boşluqda  isə...  Atatürk  tərəfindən  öz  qınına  qısıdılmış  İslam  cəhaləti,  ondan  sonra  yenidən,  yavaş-yavaş   ayaqlanmağa  başladı.  Halbuki,  əgər  ölkədə  demokratik  yarışma  sonucunda  hərəkətli  gəlişmə,   çağa  layiq  bir  yaşam  tərzi  oluşdurulsaydı...  İslam  dini  cəhalətinə  yol  açılmaz,  türk  vətəndaşı  da  bu  günkü  geriliyi  yaşamazdı...

 Necəki, Avropada inqilablar  sonucunda, geriçi kilisə  hakimiyyətdən  kənarlaşdırılmış, xristianlıq  kilisədə  şam  yandırmaqla  məhdudlaşdırılmışdı,  İslam  da  eynən,  insan  taleyi ilə  bağlı  yarımvəhşi  fitvalar  verməkdən,  cəhaləti  yaymaqdan  uzaqlaşdırılacaq  və yalnız, məsciddə  namaz  qılınmaqla  məhdudlaşdırılacaq, millətə ziyanından  başqa  heç  bir  xeyri  olmadığı  halda,  cahillərin ianələri  hesabına  dövlət  içində  dağıdıcı  bir  faktora  çevrilib,  toplumun  düşüncəsini,  təlim, tərbiyəsini,  bir  sözlə   yaşamını  geriliyə  sürükləyə  bilməyəcəkdi.

Mollaların    dövlət  tədbirlərində  iştirakı, dini  icmaların  vergiyə  cəlb  olunmaması əsla yolverilməzdir,  çünki,  din,  özünün  bütün  içəriyi (mahiyyəti) ilə  dünyəvi  yaşam  tərzinə  qarşıdır  və  topluma  indiyədək  özünün  varlığını bilimlə sübut  etməmiş,  bu  barədə ancaq  yalan  vədlər  verməklə  məşğuldur.

Çox  üzüntülü  ki, biz bu  gün...  XXI yüzildə,  yenidən  ayaqlanmış  İslam  cəhaləti  tərəfindən,  Atatürkün  layiq  Türkiyəsinin  simasında,  Qurtuluş  Savaşından  qabaqkı,  Osmanlı   dönəminin  yaşadığı   İslam     bataqlığı  dövrünə  qaytarılırıq...

Türkiyənin,  bütövlükdə  isə,  müsəlman  Şərqinin,  islam  dininə  daha  çox  sarılmasında  ərəbbaş din tüccarlarından  başqa,  Qərbi  Avropa  və  ABŞ-ın  sömürgəçi  imperialist  dairələrinin (oxu, maliyyə  sələmçi, xammal  axtaran  sənaye  kapitalı, xarici xüsusi  xidmət,  hərbi  sənaye orqanları, xristian  düşüncəlilər  və  onların  hakimiyyətdə  təmsilçiləri)  də  rolu  az deyil,  onlar  bunu  birbaşa  yox,  dolayısıyla içimizdəki  İslam xəyanətkarlarının,  sapıklarının  əlilə  edirlər.  Çünki,  onlar yaxşı  bilirlər  ki, bir  millətin (oxu,onların rəqiblərinin) geridə qalmasını, gəlişməsinin  qarşısını  almaq  üçün... onun,  geri düşüncəli dini  yaşam  tərzində  saxlanılması  vacibdir.  Məsələn,  Türkiyədə,  son  dövrlərdə dünyəvi  dövlət  qurluşuna  qarşı  olan,  ABŞ-da  yuvalanan  Fətulla  Gülənin  İslam  cəhalət  çetesinin  oluşdurduğu, bəzən pulla,  bir  qarın  ərzaqla  satın  alınan cahil  elektorat (seçici)  sayəsində  siyasi  hakimiyyətə  sahiblənmiş,    antidemokratik, antitürk,  geriçi  ərəb  düşüncəli   Rifah  Partiyası  və  AKP (Adalet  ve Kalkınma  Partisi)-ni  göstərmək  olar.

Lakin,  Qərbi  Avropa  və  ABŞ-n  sömürgəçi dairələrini,  onların,  liberal  dəyərlərə  söykənən  demokratlarıyla  eyniləşdirmək  olmaz,  çünki,  ikincilər BMT-nin,  Ümumdünya  İnsan  Hüquqları  Bəyənnaməsinə (10.12.1948), Avropa  Şurasının, Avropa  İnsan  Hüquqları  Konvensiyasına (İnsan  Hüquqlarının  və Əsas Azadlıqların  Müdafiəsi  Haqqında  Konvensiya, 04.11.1950)  uyğun  olaraq, özləriylə  yanaşı  başqa  insanların  da  xoşbəxt  yaşamalarını  istəyir  və  bu  yöndə  bacardıqları  yardımları  etməklə  dəstəkləyirlər.  Bu  dəyərlər, dünya  öncüllərinin  bütün  alanlarda  bu  günə  əldə  edə  bildikləri  ən  üstün  dəyərlərdir. 

Demokratik  seçki,  özü  özlüyündə,  hələ  heç  də  çağın  ən  üstün  dəyərlərinə  sahib  olmaq  demək,  deyildir.  Demokratya – toplumun öz  keyfiyyətindən  ən  üstünlərini  ortaya  çıxarır,  ona  kənardan  üstün  keyfiyyət  əlavə  etmir.  Başqa  sözlə,  demokratya – toplumun  xasını  başa  gətirir.  Lakin  bu,  hələ  heç  də  dünyada ən  yaxşısı  anlamına  gəlməz,  toplumun  əksəriyyətinin  daşıdığı  keyfiyyətin   ən  üstünü  anlamına  gələr.  Bu  fikri   daha  da  xırdalasaq,  əgər  toplumun  çoxu  üstün  dəyərlərə  sahibdirsə  demokratik  seçki  ilə  özünün ən  yaxşısını  öz  başına  gətirər,  yox  əgər,  toplum  əksərən  savadsız  və  cahildirsə,  onda  demokratik  seçkiylə  öz  başına  özünə  uyğun,  ən  çox  mənfi  işarəli  birisini,  daha  dələduzunu  gətirəcəkdir.  Məsələn,  necə  ki,  kriminal  aləmdə  cinayətkarların  arasından  ən  bacarıqlı  oğru,   oğrubaşı (vorzakon)  seçilir.  Beləsindən,  toplumun  faydasına  nəsə  gözləmək  axmaqlıqdan  başqa  bir  şey  deyildir. Belələləri hakimiyyətə  gələrsə, toplumda  başqasının  haqqını, əmlakını  oğurlama  üsullarını  təkmilləşdirəcəkdir, necə  ki,  edirlər,  çünki,  qafasında başqa  şey  yoxdur, olan budur... Odur  ki,  cahil, savadsız  toplumun  seçkisindən   yaxşı,  keyfiyyətli  başçı  seçilməsini   əsla  gözləməyin.

 Deməli, çağın  ən  üstün  dəyərlərinə  malik  olmaqdan  ötrü,  öncə  toplumun  keyfiyyətini  müsbətə  doğru  dəyişmək,  yəni,  ona  ən  üstün  dəyərləri  öyrətməklə  qandırmaq  (maarifləndirmək)   lazımdır.  Bunu  etmək,  görəvlilərin  birbaşa,   aydınlarınsa  mənəvi  borcudur.

 Yalnız,  çağın  ən  üstün  dəyərlərini  bir  yaşam  tərzi olaraq  mənimsəmiş  toplum,  demokratik  seçki  ilə  öz  başına  müsbət  işarəli  ən  üstünlərini   gətirə bilər.  

Dünyanın  çox  acı  tarixindən  göründüyü  kimi,  dünyəviliyə, bilimə  qarşı  olan,   dini  təməllər  üzərində qurulan, siyasətlə  məşğul  olmaq, hakimiyyətə  gəlmək istəyən hər cür qurum, partiya,  hərəkat...    topluma  ziyanlı  kimi qadağan  edilməlidir.

Habelə, bir  sinifin, sosial qrupun, başqaları  üzərində hegemonluğu iddiası  ilə  hakimiyyətə  gəlmək  istəyən,  milli  simasız, liberal dəyərsiz  kommunist  partiyaları  törətdikləri  cinayətlər,  kütləvi  qırğınlar  suçlarından  dolayı,  topluma  ziyanlı  kimi qadağan  edilməlidir. 

Çünki,  demokratya, liberal  dəyərlər,  insan  azadlığına və topluma  zidd  olanı  rədd edir.   

Millətçiliyin,  yəni,  özünə  layiqli  dəyər  vermənin,  liberal  dəyərli  demokratik  dövlətçiliyin   qənimi  olan,  yarımvəhşi  ərəb  düşüncəsinə  əsaslanan  İslam  ümmətçilik  görüşləri,  ərəb  olmayan  müsəlmanların,   o  cümlədən  türklərin   mənəviyyatının  və  milli  birliyinin  dağıdıcısıdır,  desək,  yanılmarıq.

 Məsələn,  M.K.Atatürün  “Nutuk”undan (2005,AlFA Basım Yayım Dağıtım San. ve  Tic. Ltd. Şti.,www.alfakitap.com, info@)alfakitap.com)  oxuyuruq, Türkiyəni  yabançı  işğalından  qorumaq  üçün  Qurtuluş  Savaşını  başladan  Mustafa  Kamal   Paşa  və  Refet  Beyin  tutulub  İstambula  göndərilməsi   barədə,  Sultan Vahdetdinin (o,  həm də  Xəlifə, yəni,  ali dini  başçı  idi) 30 iyul  1919-cu il  tarixli  fərmanı (səh.54)...,  İstambul   mollası  Molla  Saitin,  İstambuldakı  ingilis  Papazı  (keşişi)  Mister  Frevə, onun  puluyla  casusluq  edərək,  Türkiyədə  ingilislərə  qarşı  olan qüvvələr,  o  cümlədən  Qurtuluş  Savaşı  aparan  Mustafa  Kamal  Paşa  haqqında  məlumatlar   dolu  yazdığı  12  məktubu  (səh.223-230) və  sairə,  sonsuza  qədər ,  bütün  müsəlman  Şərqinin  tarixi... 

Təsəvvür  edirsinizmi,  ölkə  işğal  olunub, Osmanlı  Dövləti  çöküb,  Anadoludan,  Qurtuluş  Savaşı  aparan   milli  vətənpərvərlər   baş qaldırıb...Osmanlı  Sultanı  Vahdətdin  isə, özünün   600  illik  dövlətinin bacarmadığı,  yabançı  əsarətindən  qurtarıcı  missiyasını  öz üzərinə  götürən  yarıac,  imkansız  kişilərə   yardım  etmək  əvəzinə...  xəzinəsini  də  götürərək,   alçaqcasına,  savaşdığı  İngilis  hərb  gəmisinə  sığınıb  xaricə  qaçmaqla  öz  xalqından canını  qurtarır... bu qədər  bəsit  bir  rəzillik... 

Mən  əminəm  ki,  əgər  Sultan  fərarilik   etməyib,  öz  gücünü türk  millətinin  yenilikçilərinin,  Qurtuluş  Savaşçılarının  gücünə  qatsaydı...  tarixi  statusunu  mümkün   formada  qorunmaqla,  özü  də  nəsli  də  indi  vətəni  Türkiyədə  şərəflə  yaşayırdı... eynən  İngiltərədə,  İspaniyada,  Hollandiyada, Danimarkada,  Yaponya   və başqa  ölkələrdə  olduğu  kimi.   Amma,  etmədi,  çünki,  özünü  bu  millətdən  saymır,  ondan  üstün  tuturdu,  anası  ingilis  Henriet  (Gülüstan  sultan)  idi,  bəlkə  də  türklüyü  yox  etmək  missiyasını  sonacan   sədaqətlə  yerinə  yetirməyə  çalışdı (bunu  aydınlaşdırmaq  üçün  ingilis  xarici  xidmətinin  arxivinə  baxmaq  lazımdır)...  elə  Molla  Sait  kimi...  necə  ki,  milli  simasız  müsəlmanlar  “Keşkə,  Yunan  qazanaydı  (Qurtuluş  Savaşını,yəni)”  deyirlər,  ancaq,  milli  mənlik şüuru olan türk  kişisinin  dirənişi  üzündən  bu  xəyanətkarlıqlar  alınmadı.

Başda,  Böyük  Britaniya   olmaqla,  həmin  Avropa  dövlətlərinin  krallarının, iqtidarlarının  öz  soylarının  təmizliyini  qorumaları,   mümkün  qədər  öz  ailələrinə  yadların  alınmaması  tələbinə ciddi  əməl  etmələri...  onların  milli  birliklərinin  saxlanılmasının  təməl  prinsiplərini  təşkil  etmişdir.

Bu,  çox  qiymətli  sosial  dəyərin  tam əksi  olaraq,  bütün  müsəlman  Şərqində  hökmdarlar  öz  soylarının  təmizliyini  hakimiyyət  qolu  kimi yetərincə  qorumamış,  ailələrini,  həm  də toplumun  faydasına  deyil, daha  çox öz  şəxsi  keflərinin  istəyi  üzərində  qurmuş, İslam  təməlçiləri və Quranın  örnəkləri  əsasında  onlarla,  bəzənsə  yüzlərlə  arvad  saxlamışlar ki,  bu  da  onların  soylarının və  hakimiyyət  qollarının zibillənməsinə  səbəb  olmuşdur.  Məsələn, İran  şahı  Fətəli  şah  Qacarın  189  arvadı,  260  uşağı (144  oğlan, 116 qız, Vikimənbə), cəmi  40  Osmanlı  sultanının isə  32-nin  anası  türk  olmamış,   xristian  (II Abdülhamidin  anası  erməni  Virjin,  yəni, Tirimüjqan  sultan),(Qızılbaş TV,29.12.2016)  olmuşdur.  Fətəli  Şahın  ikinci  oğlu,  Azərbaycan  valisi  Abbas  Mirzə,  ruslara  qarşı  döyüşmək  üçün yardım  almaq  məqsədilə,  Osmanlı  Sultanı  II  Mahmudla  görüşərkən,  Sultanın  ona  yarı  zarafat,  yarı  ciddi:  “Atana  de  ki,  arada  bir  dövlət  işlərilə  də  məşğul  olsun”,  deməsi,  Fətəli  Şahın  dövlət  işlərindən  daha  çox  eyiş  işrətlə  məşğul  olmasına  işarə  idi...  

Sual  oluna  bilər  ki,  nədən  bəzi  ölkələr  monarxı,  krallığı  məhdud səlahiyyətlərlə,  bəzən  də  özlərinin  tarixi  dəyərləri  kimi formal  bir  institut  olaraq  qoruyub  saxladılar,  ləğv  etmədilər?  Məncə,  bu  ona  görə  mümkün  oldu ki,  əsrlərcə  mütləq  hakim  olan  bu  monarxlar,  siyasi  qurluş  dəyişilən  zaman  öz  xalqlarına  qarşı  olmadılar,  nə  qədər  konservativ  olsalar  da,  köhnə  qurluşun  saxlanılmasına  nə  qədər  dirəniş  göstərsələr  də,  lakin, son  anda  öz  xalqlarının  yanında  olmağı  bacardılar,  ondan   ayrı  yaşamağı  istəmədilər,  öz  xalqları  ilə  düşmənçilik  etmədilər.  Çünki,  onlar  iqtidarlığı  zamanı  da  mənən öz millətlərindən  ayrı  olmadılar,  əksinə,  öz  xalqlarının  taleyüklü   məsələlərini  bölüşdülər.  Görünür,  hakim  kimi  nə  qədər  fərqli  statusda  olsalar  belə,  bizdən  fərqli  olaraq,   onlarda,  qarşıdakını  özündən  və   özü  kimi  insan  saymaq, dinləmək,  dərdini  bölüşmək  mədəniyyəti  olub... bu  mədəniyyəti  özləri  yaradlblar.

 Elə  bu,  üstün  qabiliyyətləri  üzündən  də  İngiltərə,  dünyada  siyasi  vəziyyət  dəyişəndə,  dünyanın  dörddə  birini  təşkil  edən,    36.6  milyon  kv/km-lik  imperya ərazisi  və  458  milyon  əhalisi   olan,  16  ölkədən  ibarət  müstəmləkələrini  (oxu,  düşmənlərini)...  tərəfdaşlarına  çevirib,    özlərinin  başçılıq  etdikləri  iqtisadi  birliklərini    yarada   bildilər,  sonucda  sənayelərinin  xammal  mənbələri  əllərində  qaldı,  onları  itirmədilər,  bu gün  də  layiqincə  əməkdaşlıq  edirlər. Bu  gün  xammal  mənbələri  axtaran  əsasən  başqa  dövlətlərdir...

Sonda,  görkəmli  insanların  bu  mövzuyla  səslənən  fikirlərini  sunuram  ki,  deyiləni  qavramaq  asan  olsun:

M.F.Axundov:  “Ərəblər  bizim  minillik  səltənətimizi  yıxdılar,  şan  və  şövkətimizi  bərbad  etdilər,  vətənimizi  elə  xarabadn  da  xarab  etdilər ki,  bu  günə  qədər   abad  etmək  mümkün  olmayıbdır.”  FB,Gabala,18.12.2016.

M.K.Atatürk: ”Size seslenyorum,  unutmayın  ki,  en  böyük  savaş,  cehalete  ve  gerilige  karşı  yapılan  savaştır.”   FB, Atatürk  Felsefemiz,  27.05.2016.

  Riçard  Nikson,  keçmiş  ABŞ  prezidenti:  “Müsülman  ülkelerinde  demokrasi  ve  layiklik  olmasına  izin  verməyiz.  Egitim  sisteminin ve ülke idaresinin  din  temelleri  üzerinde  kurulması gerekyor.  Başlarındakı  çoban ele  getirince,  ölkeyi  biz  yönetiriz.  Bu doğrultunda  tedbirler  almak  zorundayız.”     FB,  “Vatanseverin  sesi.”,05.01.2017.

Uniston  Çörçill, İngiltərə  Baş  Bakanı:  “Türkleri  savaşark,  asker  ve  silah  kullanarak  asla  yenəməzsiniz.  Türklerin  sadece  din  adamlarını  ele  geçirip,  onları  kullanın!  Onlar  zaten  devleti  yıkarlar!”    FB,  Dilber  Hesenbeyli,  06.09.2015.             

Necə ki,  bu  gün  yıxıblar...

Mark  Tven, yazıçı:  “Din,  ilk  dolandırıcının  (dələduzun)  ilk  ahmakla  karşılaşdığı  gün  icad  edildi.”  FB, Curət  Əhmədli,  Dünya  Azərbaycan  Ateistlər  Birliyi, (DAAB),  31.10.2018.

La  Martine:  “Türkler  bir  irk  ve  millet  olarak  yeryüzünün  en  şerefli  insanlarıdır.”      FB, Çağrı  Çehreqanlı,  29.09.2014.

Hüseyn  Cavid:

 “Turana  qılıncdan  daha  kəskin,  ulu  qüvvət,

Yalnız  mədəniyyət,  mədəniyyət,  mədəniyyət.”

Bütün  müsəlman  Şərqinin  tarixi  və  bu  günkü  həyatı  yuxarıda   deyilənlərə  bariz  sübutdur.

Mənim  bu  yazım,  kimsə,  o  cümlədən  din cahilləri  tərəfindən  Kamalçılara  qarşı  ittiam kimi əsla  kullanıla (istifadə  edilə)  bilməz,  çünki, onların  tənqidi  sağlam  düşüncəyə,  türk  millətinə  xidmət  etməz,  əksinə,  öz  şəxsi,  ərəb  gerilikli,   xəstə  xəyallarını  qorumaq   istərlər...

Ancaq  mən  inanıram  ki,  hansı  bataqlığa  salındıqlarını  görən  Atatürk  Qurtuluş  Savaşçılarının  qanan yeni nəsli  yenidən  yapılanıb (təşkilatlanıb)   toparlanacaq, əziz  vətənlərini yarımvəhşi cəhalət  üfunətindən   qurtaracaq  və  çağdaş  ölkələr  sırasına  qatacaqlar.

 

Məmmədxan  Əzizxanlı, Bakı, 30.12.2018-ci il.

 

N.S

 

    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

               

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar