SON XƏBƏRLƏR

Böyük Azərbaycan milləti tərəfindən “Perspolis”ə qarşı vəsatət qaldırılmalıdır- Azərbaycanlı millət vəkili

2021.10.20, 07:36
Böyük Azərbaycan milləti tərəfindən “Perspolis”ə qarşı vəsatət qaldırılmalıdır- Azərbaycanlı millət vəkili

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Tehranın “Perspolis” komandası tərəfdarlarının Azərbaycan türk millətini təhqir etməsinə münasibət bildirib.

 

Bu barədə “Məclis və Azərbaycan” agentliyinə danışan millət vəkili bildirib ki, qanuna görə ölkənin Baş Prokurorluğu bütün Azərbaycan türk milləti tərəfindən “Perspolis”ə qarşı vəsatət qaldırmalı və təhqirə yol verənlərə qarşı tədbir almalıdır.

 

“Əvvəlcədən elan olunmuşdur ki, stadionda təhqirə yol verilirsə, oyun dayandırılacaq. “Perspolis” tərəfdarları təhqirə başladı, lakin oyun dayandırılmadı.

Stadionun ümumi aurası və hakimin yanaşması “Traxtur” komandasına qarşı yönəlmişdir. Şəkillərdə göründüyü kimi, ofsayd qərarı düzgün deyildi. Hakim bu barədə məşvərət edib və “Traxtur”un vurduğu qolu qəbul etməli idi. Bu vəziyyətdə “Traxtur” yenə də bir xal qazandı. Buna görə komandaya təşəkkür etmək lazımdır”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Azərbaycanlı millət vəkili Baş Prokurorluğun Azadi stadionunda olub-bitənlərə müdaxilə etməsini xüsusi olaraq tələb edib.

 

“Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir. Hər kəs təhqir edib, qarşılığını da almalıdır. Ölkənin Baş Prokurorluğu böyük Azərbaycan milləti tərəfindən “Perspolis”ə qarşı vəsatət qaldıraraq təhqirə yol verənləri cəzalandırmaqla belə hərəkətlərin təkrar olunmasının qarşısını bir dəfələlik almalıdır”- deyə Hadi Bahaduri vurğulayıb.

 

Noyabrın 25-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” komandaları arasında görüş keçirildi. Görüş zamanı “Perspolis”in şovinist fars tərəfdarları Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirdilər. Bu hadisə bütün güney azərbaycanlıların etirazına səbəb olub.

 

Mövzu ilə bağlı “Traxtur “klubu bəyanat da yayıb. Bazar günü yayılan bəyanatda qeyd olunub ki, “Perspolis” tərəfdarlarının təhqiramiz hərəkətləri ilə bağlı səlahiyyətli orqanlara müraciət olunacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar