SON XƏBƏRLƏR

BÖYÜK BRİTANİYA İRAN BANKLARINA SANKSİYALAR QOYMAĞA BAŞLAYIB

2021.10.20, 07:36
BÖYÜK BRİTANİYA İRAN BANKLARINA SANKSİYALAR QOYMAĞA BAŞLAYIB

Gunaz.tv
BÖYÜK BRİTANİYA İRAN BANKLARINA SANKSİYALAR QOYMAĞA BAŞLAYIB Böyük Britaniyanın baş naziri Qordon Braun Londonda ABŞ prezidenti Corc Buşla birgə keçirdiyi mətbuat konfransında ölkəsinin iyunun 16-dan İranın Milli və Neft Sənayesi banklarına qarşı sanksiyalar qoymağa başladığını deyib. «Media forum» saytının məlumatına görə, Böyük Britaniyanın İran banklarına qarşı sanksiyalar qoymağa başlaması Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Havyer Solananın yeni təkliflər paketi ilə İrana səfərindən iki gün sonraya təsadüf edir. İran yeni təkliflər paketi ilə bağlı rəsmi mövqeyini sonra bildirəcəyini desə də, uranı zənginləşdirməyi dayandırmaqla bağlı hər hansı bir ilkin şərti qəbul etməyəcəyini söyləyib. Qordon Braun sanksiyalarla bağlı deyib: «Biz açıq-aydın bildiririk ki, İran BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymasa, bizim sanksiyaları şiddətləndirməkdən başqa çarəmiz qalmayacaq. Biz ilk mərhələdə elə bu gündən İranın ən böyük bankı sayılan Milli Banka və Neft Sənayesi Bankına sanksiyalar tətbiq etməyə başlayacaq, ikinci mərhələdə isə sanksiyaları İranın neft və qaz sənayesinə də şamil edəcəyik. Bu işdə biz Avropa Birliyinin də dəstəyini qazanacağıq». BMT Təhlükəsizlik Şurası uranı zənginləşdirməyi davam etdirdiyi üçün bu günə qədər İrana qarşı üç qətnamə qəbul etsə də, İran onlara riayət etməyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar