Böyük Britaniyada matəm elan olundu

2021-04-09 17:17

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu, şahzadə II Filippin bu gün 100 yaşında vəfat etməsilə bağlı ölkədə matəm elan edilib.

Gunaz.tv Quote | Gunaz article

Parlament üzvləri qara qalstuk və qara qol lentləri taxacaqlar.

Mərhumun dəfn edilməsi tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, şahzadə Filipp özünün dəfn mərasiminin planı üzərində uzun illər boyu çalışıb. 

İngiltərə krallıq qaydalarına görə çox ciddi əməl edilən kralın dəfn qaydalarından fərqli olaraq, şahzadələrin dəfni qaydaları nisbətən sərbəst olduğuna görə şahzadə Filipp də dövlət səviyyəsində mərasimdən imtina edərək sadə mərasim keçirilməsi qərarına gəlmişdi.

Belə ki, Vindzor qəsrindəki Müqəddəs Corc kilsəsində icra olunması nəzərdə tutulan cənazə ayininin sırf hərbi üslübda, yalnız qohumların və yaxın dostların iştirakı ilə keçiriləcəyi bildirilir.

Ölkədəki matəm 8 gün, ailənin matəmi 30 gün davam edəcək. Həmin müddət başa çatandan sonra kraliça II Yelizaveta öz səlahiyyətlərinin icrasına davam edəcək. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əziz Şuşa, biz qayıtmışıq!- 29 ildən sonra qalada Azərbaycan bayrağı dalğalanır 

2021-05-08

gun az article

Azərbaycanda ictimai nəqliyyat 7 gün işləməyəcək

2021-05-08

gun az article

Vyanada İranla dünya gücləri arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb

2021-05-08

gun az article

İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

2021-05-07

gun az article

Məktəblərdə dərslər qismən bərpa olunur

2021-05-07

gun az article

Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ

2021-05-07

gun az article

Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI

2021-05-08

gun az article

ÜST Çinin “Sinopharm” peyvəndini istifadə üçün təsdiqlədi

2021-05-07

gun az article

Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

2021-05-07

gun az article

"Qarabağı unudun"-Erməni deputat xalqa çağırış etdi

2021-05-07

gun az article

Bir qrup aparıcı incəsənət xadiminə Prezident mükafatları verilib

2021-05-07

gun az article

Ərdoğan və Lukaşenko arasında telefon danışığı olub

2021-05-07

gun az article

Putinlə Netenyahu Suriyadakı vəziyyəti müzakirə etdilər

2021-05-07

gun az article

Bakıdakı bu küçəyə Polad Həşimovun adı verildi

2021-05-07

gun az article

Azərbaycanda daha 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub

2021-05-07

gun az article

Xalq şairi Musa Yaqub vəfat edib

2021-05-07

gun az article

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

2021-05-07

gun az article

İranın Lamərd şəhərində 3,5 bal gücündə zəlzələ olub

2021-05-07

gun az article

ABŞ və Türkiyə F-35 məsələsinin həlli ilə bağlı dialoqa başlayır

2021-05-07

gun az article

Vətən müharibəsinin şəhid zabiti Əbülfəz Rəhmətov Lerikdə dəfn olunub

2021-05-07