SON XƏBƏRLƏR

Böyük Britaniyanın “HMS Kent” hərbi gəmisi körfəzə yola düşüb

2021.10.20, 07:36
Böyük Britaniyanın “HMS Kent” hərbi gəmisi körfəzə yola düşüb

Gunaz.tv

GünazTV: Böyük Britaniyanın dəniz qüvvələrinə məxsus daha bir hərbi gəmisi körfəzə yola düşüb. Bu barədə “Röyters” agentliyi avqustun 12-də məlumat yayıb.

 

Bildirilir ki, Böyük Britaniyanın görfəzə göndərilən “HMS Kent” hərbi gəmisi, hazırda körfəzdə beynəlxalq naviqasiyanı qoruyan həmin ölkəyə məxsus “Duncan” hərbi gəmisini əvəz edəcək. Yayılan məlumata əsasən, “HMS Kent” hərbi gəmisi körfəzdə beynəlxalq ticari gəmilərin təhlükəsizliyini qorumaq və Hörmüz boğazında neft tankerlərin sərbəst hərəkətini təmin etmək işində Amerikanın başçılıq etdiyi koalisiyaya qoşulacaq, onunla əməkdaşlıq edəcək.

 

“HMS Kent” hərbi gəmisinin kapitanı və komandanı Andi Broun (Andy Brown) jurnalistlərə açıqlamasında onun başçılıq etdiyi qüvvələrin üzərinə qoyulan vəzifədən danışıb: “Biz azad naviqasiyanı qoruyub saxlamaq üçün üzərimizə öhdəlik götürmüşük. Bu isə bizim əməliyyatımızım məqsədidir” –deyə Kapitan Andi Broun əlavə edib.  

 

Qeyd edək ki, “HMS Kent” hərbi gəmisi Britaniya hökumətinin körfəzə göndərdiyi 3-cü gəmidir. Bundan əvvəl bu ölkənin “Monrose” və “Duncan” adlı iki hərbi gəmisi körfəzə göndərib.

 

 

Xatırladaq ki, iyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar