SON XƏBƏRLƏR

“Böyük səkkizlik” sammiti başladı

2021.10.20, 07:36
“Böyük səkkizlik” sammiti başladı

Gunaz.tv
“Böyük səkkizlik” sammiti başladı 20080707111006_1.jpg Yaponiyanın Hokkaydo adasında “Böyük səkkizlik” ölkələrinin sammiti başlayıb. Sammitdə ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İtaliya və Yaponiya liderləri, eləcə də inkişaf etməkdə olan 22 dövlətin rəhbərləri iştirak edirlər. 7-9 iyul tarixində keçiriləcək sammitdə neftin qiymətinin qalxması və qlobal istiləşmə müzakirə olunacaq. Bundan əlavə, sammitdə beynəlxalq terrorçuluq problemləri, eləcə də İran və Şimali Koreyanın nüvə proqramları ilə bağlı məsələlər nəzərdən keçiriləcək. Sammitin birinci günü Afrikadakı vəziyyət, o cümlədən Afrika ölkələrinə humanitar və digər yardımların göstərilməsi müzakirə olunacaq. Bugünkü görüşlərdə Əlcəzair, Efiopiya, Qana, Nigeriya, Seneqal, CAR, Tanzaniya rəhbərləri və Afrika Birliyinin sədri iştirak edəcəklər. Qeyd edək ki, artıq sammit çərçivəsində ilk tarixi görüş keçirilib. Prezidentliyi dövründə sonuncu dəfə “Böyük səkkizliy”in sammitində iştirak edən ABŞ prezidenti Corc Buş və ilk dəfə belə görüşə qatılan Rusiya prezidenti Dmitri Medvedev görüş keçiriblər. Hokkaydo sammiti zamanı çox böyük təhlükəsizlik tədbirləri görülüb. Yaponiya hökuməti liderləri qorumaq üçün 20 min polis əməkdaşını cəlb edib. Sammitin keçirildiyi Toya kurort gölü ətrafında isə uçuşların qadağan edildiyi 46 kilometrlik zona yaradılıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar