Böyük Tehran həbsxanasında 84 məhbus koronovirusa yoluxub

2021-02-09 13:09

Güneyli siyasi məhbus Əlirza Fərşinin də saxlanıldığı Tehranın məşhur “Fəşafuyə” həbsxanasında 84 dustağın koronovirus testinin nəticələri müsbət çıxıb.

Gunaz.tv Quote | Gunaz article

Bundan sonra həbsxanada görüşlərin dayandırıldığı, fevral ayının 4-dən həbsxanada fövqüladə vəziyyətin elan olunduğu, təkadamlıq kameraların boşaldılaraq oraya yoluxanların köçürüldüyü bildirilir.

 

Yayılan xəbərlərdə həbsxananın 4-cü palatasının gözətçi zabitinin koronovirusa yoluxduğu, bununla belə palataya gedib-gəldiyi və dustaqlarla təmasda olduğu deyilir.

 

Minlərlə dustağın saxlanıldığı Fəşafuyə həbsxanasında müxtəlif cinayətlər törətmiş dustaqlarla siyasi dustaqlar eyni bölmələrdə saxlanılır. Burada azərbaycanlı siyasi məhbuslar., o cümlədən Əlirza Fərşi dustaq həyatı yaşayır. Koronovirusun yayılmasından bəri onun tibbi məzuniyyətlə bağlı müraciətlərinə müsbət cavab verilməyib.

 

Bir neçə aydır ki. Müxtəlif insan haqları təşkilatları və mətbuat orqanları İran həbsxanalarında koronovirusun yayılması ilə bağlı xəbərdarlıq edib və ciddi nigərançılıqlarını bildiriblər. Ancaq bu xəbərdarlıqlara İran rəsmiləri və həbsxana məsulları laqeyd yanaşıb və həbsxanalarda koronovirusun yayılması ilə xəbərləri təkzib ediblər.

 

Bir müddət Abbas Lisani başda olmaqla bir neçə azərbaycanlı siyasi məhbusun saxlanıldığı Ərdəbil Mərkəzi Zindanında koronovirusun yayılması ilə xəbərlərin müzakirə olunduğu vaxtda həbsxana məsulları bunu yalanladılar. Bu təkzibdən bir neçə gün sonra məzuniyyətə buraxılan ərdəbilli dustaq Kazim İbadi koronovirus infeksiyasına yoluxduğu üçün dünyasını dəyişdi.

 

Abbas Lisani, Yusif Kari, Əli Vasiqi, Rza Vasiqi və başqa azərbayanlı siyasi dustaqların müraciətlərinə, A.Lisaninin ailəsinin 800 milyon tümən girov qoymasına baxmayaraq. Onlar hələdə tibbi məzuniyyətə buraxılmırlar.

 

İran həbsxanalarında məhbus sayının çoxluğu, tibbi və dava-dərman pereparatlarının çatışmazlığı, gigiyenik şərayitinin standartlara uyğun olmaması və həbsxana məsullarının dustaqların həyatına qarşı laqeydliyi koronovirus infeksiyasının daha sürətlə yayılmasına səbəb olur. Bu dəfələrlə beynəlxalq insan haqları təşkilatları tərəfindən pislənilib.

 

Ümumdünya Səhiyyə Təşkilatı İran hökumətini koronovirusa yoluxan və yoluxmaq təhlükəsi olan dustaqların azadlığa buraxmağa çağırıb. Ancaq bütün bu bəyanatlara qarşı İran rəsmiləri təkzib bəyanatları verməklə kifayətləniblər.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12