SON XƏBƏRLƏR

İbrahim Rəisinin Nyu-Yorkda BMT-nin iclasında iştirakı ilə bağlı etirazlar davam edir

2022.09.16, 04:40
İbrahim Rəisinin Nyu-Yorkda BMT-nin iclasında iştirakı ilə bağlı etirazlar davam edir

Gunaz.tv

Bununla yanaşı mühacirətdə yaşayan bir qrup tanınmış müxalifətçi də Rəisidən işgəncə və edamlardakı roluna görə məhkəməyə şikayət ediblər.

Etirazçılar BMT qarşısında plakatlar açıb, İbrahim Rəisinin 1988-ci ildə minlərlə siyasi məhbusun edamında roluna, 2019-cu ilin noyabr aksiyalarında 1500-dən çox insanın öldürülməsinə və prezidentliyi dövründə 600 nəfərin edam edilməsinə görə məsuliyyət daşıdığını bildiriblər.

Mühacirətdə yaşayan müxalifətçilər bu cinayətlərə görə İbrahim Rəisi və Əli Xameneyinin mühakimə olunmalarını istəyiblər.

Hazırda xaricdə yaşayan bir qrup iranlı keçmiş siyasi məhbus İran prezidentinin edam və işgəncələrdəki roluna görə şikayət mətni hazırlayıb və onu məhkəməyə vermək istəyirlər.

İranda Demokratiya Uğrunda Milli Birliyin elanına görə, bu şikayət prezidentin BMT-nin iclasında iştirak etmək üçün Nyu-Yorka səfərinin baş tutması ehtimalına görə edilir.

Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin və Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərdəki zindanlarda Ruhullah Xomeyninin birbaşa göstərişi ilə və “ölüm heyəti” kimi tanınan dörd nəfərdən ibarət qrup tərəfindən minlərlə siyasi məhbus edam edilib. 

İranın hazırkı prezidenti İbrahim Rəisi “ölüm heyəti”nin üzvü kimi bu edamlarda xüsusi rol oynayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar