SON XƏBƏRLƏR

İbrahim Raisi Qətərdə keçiriləcək dünya çempionatında "problem yaranacağından" narahatdır

2022.10.31, 11:22
İbrahim Raisi Qətərdə keçiriləcək dünya çempionatında "problem yaranacağından" narahatdır

Gunaz.tv

İran prezidenti İbrahim Rəisi Qətərdə keçiriləcək 2022-ci futbol üzrə dünya çempionatında İran futbol komandasının iştirakı zamanı problemlər yaşanacağı ehtimalından narahat olduğunu deyib.

Bu məsələ ilə bağlı İran prezidentinin rəsmi internet saytında dərc olunan məlumata görə, İbrahim Rəisi bu görüşdə Xarici İşlər Nazirliyinə bu mühüm idman tədbirində Qətər rəsmiləri ilə qarşılıqlı əlaqədə olmalarını və mümkün problemlərin proqnozlaşdırılması, qarşısının alınması üçün səy göstərilməsini istəyib.

Rəisi bu barədə ətraflı məlumat verməsə də, onun son həftələrdə dünyanın çox sayda ölkəsində İrandakı xalq etirazlarına dəstək məqsədilə xaricdəki iranlıların böyük etiraz toplantılarının Qətərdə də təkrar ola biləcəyindən qorxduğu hisss edilir.

Qeyd edək ki, Ukraynanın “Şaxtyor Donetsk” futbol klubu bazar ertəsi, oktyabrın 24-də İslam Respublikasının Rusiyaya hərbi müdaxiləsinə hərbi dəstək verdiyinə görə, FİFA-dan İranın milli futbol komandasının Qətər dünya çempionatından kənarlaşdırılmasını istəyib.

Bnunla yanaşı insan haqları da təşkilatları Dünya Futbol Federasiyasına (FİFA) ünvanladıqları məktubda qadınlara qarşı rəftar və onların stadionlara buraxılmaması səbəbindən İran millisinin Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatından kənarlaşdırılmasını istəyiblər.

Amerika, İngiltərə və Uels milliləri ilə 2022-ci il dünya çempionatının qrup mərhələsində yer alan İran milli futbol komandası noyabrın 21-də ilk oyununda İngiltərə millisi ilə qarşılaşacaq.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar