SON XƏBƏRLƏR

İbrahim Rəisi Tehrandan Nyu-Yorka yola düşüb

2022.09.19, 04:16
İbrahim Rəisi Tehrandan Nyu-Yorka yola düşüb

Gunaz.tv

Onu bu səfərdə Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və Nazirlər Kabinetinin bir qrup üzvü müşayiət edir.

Qeyd edək ki, avqustun 16-da insan haqları təşkilatları, respublikaçılar, yəhudi fəallar və iranlı-amerikalı qrupların koalisiyası Ağ Evə məktub göndəriblər.

Məktubda İranın Amerikaya qarşı təhdidlərini və İbrahim Rəisinin insan haqları pozuntularını, xüsusən də onun 1988-ci ildə kütləvi edamlardakı rolunu əsas gətirərək Baydendən ona Amerika vizası verməkdən imtina etməsini istəyiblər.

Bundan öncə avqustun 2-də yeddi respublikaçı senator Amerika prezidenti Co Baydenə məktub göndərib.

Senatorlar ondan İbrahim Rəisinin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza tələbinə qarşı çıxmasını istəyiblər.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar