SON XƏBƏRLƏR

İbrahim Rəisi ilə Paşiniyan arasında telefon danışığı olub

2022.06.02, 04:39
İbrahim Rəisi ilə Paşiniyan arasında telefon danışığı olub

Gunaz.tv

İyunun 1-i axşam saatlarında İran prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşiniyan arasında telefon danışığı olub.

Rəisi İranla Ermənistan arasında davamlı məsləhətləşmələrin iki ölkənin dostluq və əlaqələrinin daha dərin olduğunu göstərdiyini deyib və İranın bölgədə sabitliyin qorunmasında rolunun önəmli olduğunu iddia edib.

İran mediasının verdiyi məlumata görə, Nikol Paşiniyan İranın bölgədə təsirinin əhəmiyyətli olduğunu təkrar edərək iki ölkə arasında münasibətlərin dahada genişləndirilməsini istəyib.

“Regionun geosiyasətinin, o cümlədən beynəlxalq sərhədlərin qorunub saxlanılması, ölkələrin milli suverenliyinə hörmət və regionlararası kommunikasiya infrastrukturunun gücləndirilməsi İran İslam Respublikası tərəfindən prinsipial siyasət kimi vurğulanır və qiymətləndirilir”-deyə, İbrahim Rəisi telefon danışığı zamanı bildirib.

İran prezidenti bird aha İsrailin bölgəyə sızması barədə iddiaları təkrar edərək İranın onların bütün hərəkətlərini həssaslıqla izlədiyini söyləyib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar