İran prezidenti azərbaycanlı deputatlarla görüşdü: "Qonşularımızla münasibətlərə xələl gəlməsinə imkan verməyəcəyik”

21.10.2021, 15:03

İran prezidenti İbrahim Rəisi bu gün Şərqi və Qərbi Azərbaycan əyalətlərinin parlamentdəki deputatları ilə görüşüb.

Gunaz.tv Quote | Gunaz article

Görüşün əvvəlində azərbaycanlı deputatlar hər iki əyalətdə qonşu ölkələrlə sərhəd ticarət məntəqələrində yaranan problemlərdən bəhs edib.

Millət vəkilləri bildirib ki, Urmu gölünün quruması hər iki əyalətdə ətraf mühiti təhdid edir.

Yol və infrastruktur sahəsində yarımçıq qalmış bir sıra layihələr haqqında da prezidentə məlumat verilib.

Onlar hökumətin bu problemlərin həllinə yardım etməsini tələb ediblər. 


Şərqi və Qərbi Azərbaycanda yarımçıq qalmış iqtisadi layihələrin yerinə yetirilməsinə yardım edəcəyini vurğulayan Rəisi, İranın qonşuları ilə bağlı münasibətlərindən danışıb.


O, İranın 15 qonşusu ilə münasibətlərində hər hansı bir problemin olmadığını deyib. 


“Qonşularımızla əlaqələr qurmaq və onu inkişaf etdirmək hökumətin prioritet  məsələsidir.


Lakin hesab edirik ki, əcnəbilər və regionun və qonşu ölkələrin xeyirxahı deyillər. Əcnəbilər sadəcə olaraq bölgədə öz ekspansionist maraqlarını güdürlər və ona nail olmaq istəyirlər.

Biz isə sionistlərin qonşularımızla münasibətlərimizə xələl gətirməsinə imkan verməyəcəyik”, -deyə İran prezidenti İbrahim Rəisi Şərqi bildirib.


İran prezidenti həmçinin Urmiya Gölünün Bərpası üzrə Qərargahın işinə də toxunub.

O, sözügedən qurumun tezliklə yeni bir formada fəaliyyətə başlayacağını vurğulayıb.  


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

2021-12-04

gun az article

İranda koronavirusdan daha 58 nəfər ölüb, 2 157 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-12-04

gun az article

Əziz Səncər Şuşaya səfər edib

2021-12-04

gun az article

İranda söz azadlığının boğulması və senzuranın güclənməsi etiraz doğurdu: Yazıçılar Birliyi bəyanat yaydı

2021-12-04

gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04

gun az article

Emmanel Makron: “İranla danışıqlarda hər hansı bir irəliləyiş olmayıb”

2021-12-04

gun az article

Fuad Muradov Londondakı Azərbaycan icması ilə görüşüb

2021-12-04

gun az article

“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı “Dünyanın ən yaxşı nəşri” seçilib

2021-12-04

gun az article

Blinken: “Belə görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil”

2021-12-04

gun az article

Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır

2021-12-04

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 265 milyona çatır

2021-12-04