SON XƏBƏRLƏR

İbrahim Rəisi İsveçrə səfirini etibarnaməsini qəbul edib

2021.10.25, 12:38
İbrahim Rəisi İsveçrə səfirini etibarnaməsini qəbul edib

Gunaz.tv

İran prezidenti İbrahim Rəisi oktyabrın 25-də İsveçrənin Tehrana göndərilən yeni səfiri Kristian Dossi qəbul edib. 

O, yeni səfirin etibarnaməsini qəbul edərkən ölkəsinin Amerika ilə bağlı mövqeyini müsbət adlandırıb.

“İsveçrə sülhün qorunması və inkişafında hər zaman müsbət rol oynayıb.

Yeni dövrdə də bu ölkədən Amerikanın bir tərəfli siyasətləri qarşısında müstəqil mövqe tutması gözlənilir”-deyə, Rəisi bildirib.

İsveçrə səfiri isə ölkəsi ilə İran Astrasında iqtisadi, siyasi və mədəni əlaqələrin 100 illik tarixə malik olduğunu deyib.

O, isveçrəli iqtisadi fəallarının İranda fəaliyyət göstərməsi üçün uyğun şəraitin yaranacağına ümid edib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar