SON XƏBƏRLƏR

İbrahim Rəisi kütləvi edamlardakı rolunu bir daha müdafiə edib

2022.09.19, 09:31
İbrahim Rəisi kütləvi edamlardakı rolunu bir daha müdafiə edib

Gunaz.tv

"Onlara qarşı verilən cəza onların törətdikləri əmələ uyğun idi. Onlar insanları terror edirdilər"-deyə, İran prezidenti müsahibəsində bildirib.

Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin və Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərindəki zindanlarda Ruhullah Xomeyninin birbaşa göstərişi ilə və “ölüm heyəti” kimi tanınan dörd nəfərdən ibarət qrup tərəfindən minlərlə siyasi məhbus edam edilib. 

İranın hazırkı prezidenti İbrahim Rəisi “ölüm heyəti”nin üzvü kimi bu edamlarda xüsusi rol oynayıb.

Beynəlxalq Əfv Təşkilatı bununla bağlı yaydığı bəyanatda İbrahim Rəisinin bir başa əli olduğu kütləvi edamları bəşəriyyətə qarşı cinayət adlandırıb və İran prezidentinin məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar