SON XƏBƏRLƏR

İbrahim Rəisi: “İran və Rusiyanın müxtəlif sahələrdə birgə əməkdaşlığı yüksək səviyyəyə qaldırılacaq”

2022.01.19, 10:24
İbrahim Rəisi: “İran və Rusiyanın müxtəlif sahələrdə birgə əməkdaşlığı yüksək səviyyəyə qaldırılacaq”

Gunaz.tv

Səfərdən əvvəl jurnalistlərə açıqlama verən Rəisi Tehran-Moskva münasibətlərindən danışaraq, Rusiyaya səfərinin hər iki ölkənin əlaqələrində dönüş nöqtə sayılacağını bəyan edib.

O deyib ki, Moskvaya səfərində İranın qonşuluq və regional diplomatiyasının yaxşılaşdırılmasına, qarşılıqlı əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına çalışacaq.

“Biz bütün qonşularımızla, o cümlədən də Rusiya ilə müxtəlif sahələrdə, xüsusən də siyasi, iqtisadi və ticari sahələrdə əlaqələrimizi genişləndirəcəyik. Mənim isə Moskvaya səfərim hər iki ölkənin münasibətlərinin daha yüksək səviyyəyə çatdırılmasında bir dönüş nöqtəsi sayıla bilər.

İran regionun müstəqil, güclü və nüfuza malik ölkələrindən biridir. Rusiya isə bölgənin çox mühüm, güclü və nüfuzlu bir ölkəsidir.

Elə buna görə də hesab edirəm ki, bu iki ölkə regionda təhlükəsizliyin qorunub saxlanılmasında, eləcə də iqtisadi və ticari əlaqələrin yaxşılaşdırılaraq inkişaf etdirilməsində təsirli rol oyanaya bilərlər. 

Şəxsən hesab edirəm ki, İran və Rusiyaya regionda ortaq mənafeyə malikdirlər və bu ortaq maraqlar regionda təhlükəsizliyin bərqərar olunmasında mühüm rol oynaya bilər”, -deyə İran prezidenti İbrahim Rəisi bu Moskvaya səfərindən əvvəl jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Qeyd edilir ki, Rəisinin Rusiyaya səfəri iki gün davam edəcək. 

İran prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinin rəsmi dəvəti ilə yanvarın 19-da Moskvaya səfər edəcək.

Rəisini Rusiyaya səfərdə İranın xarici işlər, neft və iqtisadiyyat nazirləri müşayiət edir. İki günlük səfərdə İran prezidentinin Rusiya Dumanın plenar iclasında iştirak edəcəyi gözlənilir.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar