SON XƏBƏRLƏR

İbrahim Rəisi İrandakı etirazlarla bağlı Amerikaya mesajlar göndərdiklərini deyib

2022.10.26, 08:03
İbrahim Rəisi İrandakı etirazlarla bağlı Amerikaya mesajlar göndərdiklərini deyib

Gunaz.tv

İran prezidenti İbrahim Rəisi oktyabrın 25-də Tehranda keçirilən "Asiya-Sakit Okean Xəbər Agentliklərinin Baş Assambleyası"ndakı çıxışında bəzi ölkələrin başçıları vasitəsilə İrandakı etirazlarla bağlı amerikalılara mesajlar göndərdiyini bildirib.

O, bu mesajların məzmununun təfərrüatlarını açıqlamayıb, ancaq İranda baş verən etirazları planllaşdırılmış adlandıraraq bildirib ki, bu mesajlarda amerikalılara “hesablamalarında səhv etdiklərini” deyib.

İndiyədək İslam Respublikası rəsmiləri, xüsusən də Əli Xameneyi dəfələrlə İranda hökumət əleyhinə keçirilən etirazların Amerika və İsrail tərəfindən planlaşdırıldığını iddia ediblər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar