SON XƏBƏRLƏR

Tehranda keçirilən paradda İran prezidenti İsraili təhdid edib

2022.04.19, 08:39
Tehranda keçirilən paradda İran prezidenti İsraili təhdid edib

Gunaz.tv

Rəisi növbəti dəfə İsraili təhdid edib.

"Əgər İsrail bəzi ölkələrlə münasibətlərini normallaşdırmaq istəyirsə, bilsin ki, ən kiçik hərəkəti belə bizim gözümüzdən qaçmır.

Əgər onlardan ən kiçik xəta görsək, bizim buna cavabımız İsrail rejiminin mərkəzində olacaq və silahlı qüvvələrimiz onları rahat buraxmayacaq"-deyə, Rəisi İran rəsmilərinin ənənəvi sözlərini təkrar edib.

Bir müddət bundan öncə Misir, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeşin xarici işlər nazirlərinin İsrailə səfərindən, İranın təhdidlərin ilə bağlı yeni koalisiyanın yaradılması barədə danışıqlarından sonra Tehran rejiminin hədələyici çıxışları dahada çoxalıb.

Görüşdə İsrailin xarici işlər naziri bu danışıqların İran təhdidlərinə qarşı önləyici tədbirlər görülməsi yönündə vacib addım adlandırıb.

Bununla yanaşı İsrail və Amerika Xarici İşlər Nazirlikləri bəyanat yayaraq bölgədə İranın terror və təxribatlarının qarşısını almaq üçün birgə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd ediblər. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar