SON XƏBƏRLƏR

Braya Huk beynəlxalq ictimaiyyəti İranı təcrid etməyə çağırıb

2021.10.20, 07:36
Braya Huk beynəlxalq ictimaiyyəti İranı təcrid etməyə çağırıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk Reuters agentliyinin bu ölkədə noyabr ayında keçirilmiş etirazlarla bağlı hazırladığı məqaləyə münasibət bildirib.

 

Diplomat qeyd edib ki, məqalədə olan statistika və məlumatlar İran rejiminin beynəlxalq ictimaiyyət tərəfindən təcrid edilməsinin zəruriliyini sübut edən digər bir dəlildir.

 

Huk həmçinin benzinin bahalaşmasına qarşı keçirilən aksiyalarda insanları qətliam edənlərin beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılmasını istəyib.

 

Xatırladaq ki, ötən gün Reuters agentliyinin Əli Xamneyiyə yaxın rəsmilərə istinadən yaydığı məqalədə etirazlar zamanı 1500 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi deyilirdi.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar