Brayan Huk: “İran bizə hücum etsə, hərbi gücümüzlə kəskin cavab verəcəyik”

26.05.2019, 20:04

GünazTV: Amerika Dövlət Departamentində yaradılmış İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk mayın 25-də “Sky News” şəbəkəsinə müsahibəsində Tehranla Vaşinqton arasında yaşanan çaxnaşmadan və İranın regionda Amerika hərbi qüvvələrinə qarşı mümkün hücumundan danışıb.

 

Amerikanın İranla müharibə etmək niyyətində olmadığını bildirən Huk deyib ki, iki ölkə arasında savaşın baş verib-verməməsi islam respublikasının rəftarından asılıdır: “Biz yalnız İran Amerika qüvvələrinə hücum etdiyi təqdirdə ona cavab verəcəyik. Amerika İranı sınamaqla məşğul deyil. Əksinə, bizi təhdid edən və Amerika mənafeyinə hücum edəcəyini bildirən tərəf məhz İrandır. Bizdə olan məlumatlar İranın təhdidini təsdiqləyir. Əgər İran birinci addımı atıb bizə hücum etsə, biz özümüzü müdafiə edəcək, hərbi gücümüzlə onun hücumuna kəskin cavab verəcəyik.

 

Biz, hər hansı bir mümkün hücuma reaksiya vermək üçün tam hazır vəziyyətdəyik. Əlimizdə olan dəqiq məlumatlar onu göstərir ki, İran uzunmüddətli bir proqrama əsasən, bizim regional mənafeyimizi ciddi təhlükələrlə üz-üzə qoymaq niyyətində olub. Biz isə İrandan gələn həmin təhdid və təhlükələri nəzərə alaraq, özümüzü müdafiə etmək üçün regionda olan hərbi qüvvələrimizi yerbəyer edərək, hazır vəziyyətə gətirmişik” –deyə Brayan Huk vurğulayıb.

 

Xatırladaq ki, mayın 12-də körfəzdə Əl-Füceyrə limanı yaxınlığında lövbər salan Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə güclü partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu ziyan dəyib. ABŞ ordusu, neft daşıyan tankerlərə bombalı hücumlarda “Sepah”ın əli olduğunu bildirir.

 

Mayın 19-u axşam saatlarında isə Bağdadın “Yaşıl zona”sına “Katyuşa” tipli bir raket atılıb. Amerikanın həmin zonada yerləşən səfirliyinin 1 kilometrliyindəki bir əraziyə düşən raket zərbəsi nəticəsində xəsarət alan olmasa da, ətraf binalara xeyli ziyan dəyib. Təxmin edilir ki, raketi “Yaşıl zona”ya İranın yaradıb maliyyələşdirdiyi muzdlu şiə qruplaşmalarından biri atıb. 

 

 

İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi üç həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəzə göndərib.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24