SON XƏBƏRLƏR

Brayan Huk: “İran gəmiləri hərəkət edən təhlükədirlər”

2021.10.20, 07:36
Brayan Huk: “İran gəmiləri hərəkət edən təhlükədirlər”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk İran gəmilərinin acınacaqlı vəziyyətini tənqid edib.

 

Dövlət Departamentinin rəsmi “Twitter” səhifəsində “Şəhid Rəcayi” limanında batan gəmi ilə əlaqəli yazılmış statusda Brayan Huka istinadən qeyd edilib: “Aşağı təhlükəsizlik göstəriciləri və öz-özlərini sığorta etməklə İran gəmiləri dənizçilik səhasində hərəkət edən təhdiddirlər. Onlar ən adi təhlükəsizlik qaydalarına belə riayət etmir və qeyri-qanuni fəaliyyətlərlə məşğuldurlar. Onlar hərəkət edən təhlükələrdirlər. Öz limanlarınızı çalışın dünyanın qəbul etdiyi təhlükəsizlik standartlarına uyğun formalaşdırın.”

 

Qeyd etmək lazımdır ki, martın 19-da göyərtəsində yüzlərlə konteyner olan İran gəmisi “Bəndər Abbas”da yerləşən “Şəhid Rəcayi” limanında lövbər salarkən batmışdı. İranlı rəsmilərin sözlərinə görə, 90 metr uzunluğu olan bu gəmi İrana idxal edilən sənaye yağları və potasyum xlorid gətiribmiş.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar