Brayan Huk: “İran İraqı öz əyalətlərindən birinə çevirmək niyyətindədir”

12.03.2019, 12:26

GünazTV: ABŞ-ın Dövlət Departamentində  yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, martın 11-də “Əl-Hürrə” telekanalına müsahibəsində İran prezidenti Həsən Ruhaninin İraqa səfərinə reaksiya verib.

 

Huk bildirib ki, Ruhaninin Bağdada səfiri İraqın və onun xalqının milli mənafeyinə xidmət etmir: “İraq xalqı İran prezidentinin bu ölkəyə səfərinin motivlərini anlamalı, ona diqqət etməlidir. Çünki Ruhani hökuməti öz ölkəsinin vətəndaşlarının tələblərinə laqeyd qaldığı bir halda, o İraq xalqının durumunun yaxşılaşdırılmasını necə nəzərə ala bilər.

 

İranın isə məqsədi və niyyəti tam başqadır. Sonda İran İraqı öz əyalətlərindən birinə çevirmək niyyətindədir. Yalnız bu yolla onlar (İran rejimi) İraqda böyük bir hərbi mərkəz və baza yarada bilərlər. Elə bir hərbi baza ki, “Sepah”, bütün regionda öz raketlərini, hərbi silah-sursatını və döyüşçülərini yerbəyer edə bilsin. Məhz buna görə də, hesab edirik ki, Ruhaninin bu səfəri İraq xalqının mənafeyinə ziddir.

 

İraq əhalisi özlərini iraqlı sayırlar. Halbuki, İran İraqın milli kimliyini dəyişərək yerinə bir şiə kimliyi qoymaq niyyətindədir. Bu İranın xarici siyasətinin əsas mahiyyətini təşkil edir. Onlar (İran rejimi) bölgədə dini sektaçılığa rəvac verərək nifaq salmağa çalışırlar. Onlar həmin siyasəti İraqda da yürüdürlər. Daha doğrusu, İraq İran üçün Orta Şərqdə sabitliyi pozmaq və bölgədə güclü bir şiə koridoru yaraqmaq üçün bir vəsilədir. Bu isə İraq xalqının mənafeyinə xidmət etmir” – deyə Huk əlaqvə edib.

 

 

Qeyd edək ki, Həsən Ruhani İraq prezidenti Bərhəm Saleh və bu ölkənin baş naziri Adil Əbdül Məhdinin rəsmi dəvəti ilə martın 11-də İraqa 3 günlük Bağdada səfər edib. Ruhanini İraqa səfərində İranın yüksək rütbəli siyasi və iqtisadi nümayəndə heyəti müşayiət edib. Səfər əsnasında Ruhaninin iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin inkişafı ilə bağlı İraq prezidenti Bərhəm Saleh, baş nazir Adil Əbdül Məhdi, İraq parlamentinin sədri Məhəmməd əl-Həlbusi və nüfuzlu şiə ruhanisi Əli Sistani ilə görüşü nəzərdə tutulub.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24