SON XƏBƏRLƏR

Brayan Huk: “İran rəhbərləri öz vətəndaşlarının mənafeyini düşünməlidirlər”

2021.10.20, 07:36
Brayan Huk: “İran rəhbərləri öz vətəndaşlarının mənafeyini düşünməlidirlər”

Gunaz.tv

GünazTV: ABŞ-ın Dövlət Departamentində İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, Ümümdünya Su Resursları Günü münasibətilə martın 24-də yaydığı bir videoda İranda ətraf mühitin məhvə doğru getməsindən və İran millətinin su ilə bağlı problemlərindən danışıb.

 

Huk bildirib ki, islam respublikası hökmranlarının səriştəsizliyi ucbatından son qırx ildə İranın su qaynaqları bir-birinin ardınca məhv edilib: “İran ətraf mühitlə bağlı baş verəcək bir faciə ərəfəsindədir. Bu problemin kökündə isə İranda baş alıb gedən korrupsiya dayanır. Belə ki,  İslam inqilabından əvvəl, yəni 1979-cu ildə İran 7 köhnə və 14 modern səddə malik idi. Lakin mollalar rejimində ölkədə inşa edilən sədlərin sayı 600-ə qədərdir. Bu sədlər, ətraf mühitə uyğun bir siyasət əsasında tikilməyib. Daha doğrusu, bu sədlər İran millətinə yardım göstərilməsi üçün inşa edilməyib.

 

Bu sədlər ona görə inşa edilib ki, İranın hakimiyyət rəsmiləri qazanclı inşaat layihələrindən əldə edilən pullarla öz ciblərini daha çox doldura bilsinlər. Çünki İranda səd inşa edən şirkətlərin əksəriyyəti “Sepah”la əlaqədardır və onunla əməkdaşlıq edir. Bir sözlə, “Sepah”, İran iqtisadiyyatının 80%-ni öz cənginə alıb. Bu kimi əməllər isə İranı ətraf mühit faciəsi uçurumuna gətirib çıxarıb” – deyə Huk vurğulayıb.

 

Huk həmçinin, milyonlarla insanın sağlamlığına və həyatına birbaşa mənfi təsir edən Urmiya gölünün qurumasını və hökumətin bu prosesin qarşısını almaq üçün hər hansı bir əməli addım atmamasını, eləcə də 2018-ci ildə İranda 60-dan çox  ətraf mühit fəalının müxtəlif bəhanələrlə həbs olunmasını kəskin tənqid edib: “Hesab edirəm ki, İran rəhbərləri ətraf mühitlə bağlı yürütdükləri siyasətə yenidən baxmalı, hər şeydən əvvəl öz vətəndaşlarının mənafeyini düşünməlidirlər”- deyə Huk əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar