SON XƏBƏRLƏR

Brayan Huk: “İran rəsmilərinin Amerikada yaşayan ailə üzvlərinin vizasının ləğvi məsələsi araşdırılır”

2021.10.20, 07:36
Brayan Huk: “İran rəsmilərinin Amerikada yaşayan ailə üzvlərinin vizasının ləğvi məsələsi araşdırılır”

Gunaz.tv

GünazTV: ABŞ-ın Dövlət Departamentində İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, martın 27-də jurnalistlərə açıqlamasında İran rəsmilərinin Amerikada yaşayan, bu ölkənin demokratiya və imkanlarından bəhrənən ailə üzvlərindən danışıb.

 

Huk, İran rejiminin rəsmilərinin Amerikada yaşayan, təhsil alan və ya işləyən övladlarının və digər ailə üzvlərinin vizasının ləğv edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərək, Vaşinqtonun bu məsələni araşdırmağa başladığını bəyan edib: “Bu məsələ araşdırılır və biz bunu həll etmək üçün hazırda yeni viza siyasəti üzərində işləyirik. Bununla belə biz iranlı tələbələr üçün bəzi istisnalar nəzərdə tutmuşuq.

 

Bizim birinci prioritet məsələmiz amerikalıların təhlükəsizliyini qorumaqdır. Lakin İranın beynəlxalq terrorizmə dəstək verənlərin başında durması, təbbidir ki, bizim viza siyasətimizə təsir edir. Bu hətta istər-istəməz tələbələrə də öz təsirini göstərir” –deyə Huk əlavə edib.

 

Qeyd edək ki, son vaxtlar ABŞ Konqresinin bir sıra nümayəndələri, İranın regionda yürütdüyü müdaxiləçi siyasətini və onun beynəlxalq terrorizmə dəstəyini nəzərə alaraq, İran rəsmilərinin Amerikada yaşayan, təhsil alan və ya bizneslə məşğul olan övladlarının və digər ailə üzvlərinin vizasının ləğv edilməsi üçün fəaliyyətə başlayıblar.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar