SON XƏBƏRLƏR

Brayan Huk: “İranda azadlığın əleyhinə çıxanlara qarşı əlavə sanksiyalar tətbiq ediləcək”

2021.10.20, 07:36
Brayan Huk: “İranda azadlığın əleyhinə çıxanlara qarşı əlavə sanksiyalar tətbiq ediləcək”

Gunaz.tv

GünazTV: ABŞ-ın Dövlət Departamentində yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk dekabrın 4-də “Twitter” səhifəsində yaydığı bir yazıda İran xalqının molla rejiminə qarşı apardığı dinc mübarizəsinə dəstək verib.

 

Huk deyib ki, Amerika hökuməti İranda xalqın hüquq və azadlıqlarını pozanlara qarşı yeni sanksiyalar tətbiq edəcək: “Bu gün mən İranda etiraz, söz və ifadə, eləcə də mətbuat azadlığı haqqında danışmaq istəyirəm. İran rəhbərləri ölkə konstitusiyasının maddələrinə əsasən xalqa mətbuat, söz və ifadə azadlığını himayə edəcəkləri barədə vədlər veriblər. İran konstitusiyası da bütün bu haqları, o cümlədən də sərbəst toplaşma və azad yürüş keçirmək haqqını tanıyıb.

 

Lakin İran rejimi son 40 ildə sadalanan bütün bu haqlarını əməldə rədd edib, son həftələr isə ölkədə keçirilən geniş kütləvi etirazları qanusuz olaraq vəhşicəsinə dağıdıb, xalqı repressiyalara məruz qoyub, interneti kəsib, günahsız mülki vətəndaşları qətlə yetirib. Amerika Birləşmiş Ştatları İran rejiminin bütün bu əməllərini kəskin pisləyir, İran xalqının onun hüquqlarını tanıyan bir hakimiyyətə yiyələnəcəklərinə ümid edir. Hesab edirik ki, İrandakı mövcud fasid və korrupsiyalaşmış rejim xalqın yox, ölkəni idarə edən oğru başçıların mənafeyini qorumağa xidmət edir.

 

Biz öz kəskin mövqeyimizi davam etdirəcək, İranda söz və ifadə azadlığını pozanlara qarşı əlavə sanksiyalar tətbiq edəcəyik. İran rejimi son vaxtlar istər ölkə daxilində, istərsə də xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən jurnalistlərə və onların ailə üzvlərinə qarşı təhdid və təzyiqini gücləndirib. “Amerikanın Səsi Radiosu”nda, “Azadlıq Radiosu”nda (Radio fərda), “BBC”də, “İran İnternational”da və digər bu kimi media qurumlarında fəaliyyət göstərən jurnalistlər İran rejiminin təzyiqinə məruz qalanlardır.

 

İran rejiminin müstəqil jurnalistləri qətlə yetirməkdə və ya tutub həbsə salmaqda qara bir keçmişi və stajı var. Biz isə İran hökumətinin jurnalistləri və onların ailə üzvlərini hədəfə almasını kəskin pisləyir, İranda mətbuat, söz və ifadə azadlığına dəstəyimizi davam etdirəcəyimizi bildiririk”.  

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar