SON XƏBƏRLƏR

Brayan Huk: “İrandan neft alan hər bir ölkə Amerika tərəfindən cəzalandırılacaq”

2021.10.20, 07:36
Brayan Huk: “İrandan neft alan hər bir ölkə Amerika tərəfindən cəzalandırılacaq”

Gunaz.tv

GünazTV: Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk mayın 31-də jurnalistlərə açıqlamasında İranın müştərisiz qalmış neftindən və onun alışına qoyulan qadağadan danışıb.

 

Vaşinqtonun İrandan neft idxal edən əsas 8 ölkəyə alternativ variantlar tampaq üçün verdiyi möhlətin mayın 2-də başa çatdığını vurğulayan Huk deyib ki, Amerika həmin müddətin sona çatmasından sonra İrandan neft alan heç bir ölkəyə güzəşt etməyəcək: “Amerika Birləşmiş Ştatları İran İslam Respublikasından neft alan hər bir ölkəni cəzalandıracaq, barəsində tədbir görəcək. Bizim bu barədəki siyasətimiz şəffaf, mövqeyimiz sabitdir. Hədəfimiz isə, İran neftinin satışını dayandırmaq, onu sıfıra endirməkdir” – deyə Brayan Huk əlavə edib.

 

Huk həmçinin mayın 30-da “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Tramp hökumətinin Tehrana qarşı təzyiqinin artmasından danışıb: “Nə qədər ki, İran regionda öz düşmənçilik siyasət və rəftarından əl çəkməyib, Vaşinqtonun İrana qarşı təzyiqləri davam edəcək. İran Orta Şərq regionunda bir çox ölkənin milli təhlükəsizliyinə xələl gətirir, onları təhdid edir. Bu isə qəbuledilməzdir. Bizim isə İrana qarşı seçim variantlarımız masa üzərindədir” –deyə Huk vurğulayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar