SON XƏBƏRLƏR

Brayan Huk: “İrandan neft alan hər hansı bir ölkəni istisna siyahısına daxil etmək barədə planımız yoxdur”

2021.10.20, 07:36
Brayan Huk: “İrandan neft alan hər hansı bir ölkəni istisna siyahısına daxil etmək barədə planımız yoxdur”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə İşçi Qrupunun rəhbəri Brayan Huk rəsmi Tehrana qarşı qəbul edilmiş neft sanksiyalarının effektiv olduğunu deyib.

 

İrana qarşı tətbiq edilmiş neft sanksiyalarında istisna ölkələr kimi nəzərə alınan 8 ölkə barəsində də danışan Huk bildirib ki, möhlət müddətləri başa çatmaq üzrə olan bu ölkələr barəsində hələ ki, son qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu barədə son qərarı Dövlət Departamentinin rəhbəri Mayk Pompeo prezident Donald Trampla məsləhətləşəndən sonra elan edəcək.

 

Brayan Huk əlavə edib ki, ölkəsi daha hər hansısa bir ölkəni İranın neft sektoruna qarşı qəbul edilmiş sanksiyalarda istisna siyahısına daxil etməyi düşünmür.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin noyabr ayında İranın neft sektoruna qarşı sanksiyalar tətbiq etdikdən sonra 8 ölkəni istisna kimi qəbul edib. Bu qərara əsasən, bu 8 ölkə 6 ay müddətində tədricən İrandan neft idxalatını azaltmalı idi. Hazırda isə bu müddət başa çatmaq üzrədir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar