SON XƏBƏRLƏR

Britaniya İranda həbsdə olan vətəndaşı Nazənin Zağərini diplomatik qoruma ilə təmin edəcək

2021.10.20, 07:36
Britaniya İranda həbsdə olan vətəndaşı Nazənin Zağərini diplomatik qoruma ilə təmin edəcək

Gunaz.tv

GünAz TV: Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bu ölkənin İranda məhkumluq həyatı yaşayan vətəndaşı Nazənin Zağərinin diplomatik qoruma ilə təmin edilməsi ilə bağlı qərar qəbul etdiklərini bildirib.  

 

O, bununla bağlı şəxsi “Twitter” səhifəsində yazıb: “bu gün mən nadir hallarda görülən addım ataraq, Nazənin Zağərinin diplomatik qoruma ilə təmin edilməsi ilə bağlı qərar qəbul etdim.”

 

Ceremi Hant bu qərarın verilməsinə İranın Nazənin Zağəri ilə qəbul edilməz davranışını səbəb kimi göstərib.

 

Xatırladaq ki, İran əsilli Britaniya vətəndaşı olan xanım Nazənin Zağəri 2016-cı ildə öz ailəsi və yaxınlarını görmək üçün İrana səfərə getmişdi. O, iki yaşlı qızı ilə Londona qayıdarkən Tehranın Xomeyni hava limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.

 

“Sepah” xanım Nazənin Zağərini İrandan kənarda fəaliyyət göstərən media orqanları üçün jurnalistika təlimləri verməkdə ittiham etsə də, o, bu ittihamları rədd etmişdi. “Tomson Reuters” xeyriyyə fondu da xanım Zağərinin bu fondun idari şöbəsində sadə işçi olduğunu bildirmişdi.

 

Daha sonra İran məhkəməsi onu “rejimini dağıtmaq üçün qurulan təşkilatlarda iştirak və casusluq" ittihamları ilə 5 il həbs cəzasına məhkum etmişdi. Britaniya hökuməti bu 3 il ərzində dəfələrlə İrandan Nazənin Zağərini azad etməsini tələb edib. Tədqiqatçıların dediklərinə əsasən, İran Nazənin Zağərini Britaniyadan 1990-cı illərdə silah alışı ilə bağlı etdiyi sifarişə görə irəli sürdüyü 500 milyon dollarlıq tələbi almaq üçün girov götürüb.

 

Qeyd etmək lazımdır ki, beynəlxalq qanunlarda bir şəxsin diplomatik qoruma ilə təmin edilməsi nadir hüquqi addım hesab edilir və bir ölkənin vətəndaşının hüquqlarının digər ölkə ərazisində pozulduğu və bu halın 2 ölkə arasında münaqişəyə çevrildiyi zaman elan edilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar