SON XƏBƏRLƏR

Britaniya: “İranın nüvə öhdəliklərini azaltması milli təhlükəsizliyimizə qarşı təhdiddir”

2021.10.20, 07:36
Britaniya: “İranın nüvə öhdəliklərini azaltması milli təhlükəsizliyimizə qarşı təhdiddir”

Gunaz.tv

GünAz TV: Britaniyanın Xarici İşlər naziri Dominik Rab İranın nüvə öhdəliklərinə istiqamətlənmiş fəaliyyətlərini Hərtərəfli Birgə Fəaliyyət Planının açıq-aşkar pozulması kimi xarakterizə edib.

 

O, eyni zamanda bildirib ki, İranın bu addımları ölkəsinin milli təhlükəsizliyinə qarşı təhdiddir. Diplomat effektiv beynəlxalq müzakirələrin aparılması ilə çıxış yollarının tapılmasını dəstəklədiklərini deyib.

 

Rab rəsmi Tehranı özərinə götürdüyü öhdəliklərə sadiq qalmağa və qəbul etdiyi bütün son qərarları ləğv etməklə, onları yenidən icra etməyə çağırıb.

 

Xatırladaq ki, bu gün İranın rəsmən 4-cü addmı atacağı gözlənilir. İran artıq bu istiqamətdə bu gün günorta saatlarında Nətənz Atom Elektrik Stansiyasından Fordo Nüvə Kompleksinə 2 min kiloqram UF6 qazı nəql edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar