SON XƏBƏRLƏR

BRİTANİYA VƏ İSRAİL KƏŞFİYYATI İRANA DAİR İNTENSİV DANIŞIQLAR APARIR

2021.10.20, 07:36
BRİTANİYA VƏ İSRAİL KƏŞFİYYATI İRANA DAİR İNTENSİV DANIŞIQLAR APARIR

Gunaz.tv
BRİTANİYA VƏ İSRAİL KƏŞFİYYATI İRANA DAİR İNTENSİV DANIŞIQLAR APARIR Mİ-6 “Mossad”la əməkdaşlığı genişləndirəcək Britaniya kəşfiyyatı Mİ-6 İsrailin Yaxın Şərqdə geniş casus şəbəkəsinə malik olan kəşfiyyat qurumu “Mossad”la İranın nüvə proqramlarına dair intensiv müzakirələr aparır. “Sunday Times” qəzetinin məlumatına görə, bu müzakirələr son vaxtlar xeyli intensivləşib. Qərara alınıb ki, Mİ-6-nın direktoru Con Skarlett may ayında İsrailə səfər edib “Mossad” rəhbərliyi ilə görüşsün. Bu səfər zamanı İranın nüvə proqramlarına dair strateji dialoqun aparılacağı bildirilir. Qəzetin yazdığına görə, çox güman ki, “Mossad” İranın nüvə proqramlarına dair olduqca önəmli bilgilər əldə edib. Bu bilgilər Amerika kəşfiyyatına da təqdim edilib, İsraildə hesab edirlər ki, Amerika kəşfiyyatı bu informasiyaları təhlil etdikdən sonra İranın nüvə silahı proqramını 2003-cü ildə dayandırdığı haqda əvvəlki hesabatını dəyişdirə bilər. Ekspertlərə görə, İsrail İranın nüvə obyektlərinə hava zərbələri endirmək imkanlarını nəzərdən keçirir və bu məqsədlə Vaşinqtonla Londonun dəstəyini qazanmağa çalışır. Bildirilir ki, aprel ayında İsrail kəşfiyyatı İranın nüvə proqramlarının hərbi xarakter daşıdığına dair daha bir dəlil əldə edib. Lakin bu zaman kəşfiyyat mənbələri yox, elə İranın rəsmi KİV-ləri kara gəlib. Belə ki, “Fars” agentliyi prezident Mahmud Əhmədinejadın Natanzdakı nüvə obyektinə baş çəkərkən onun yanında müdafiə nazirinin və ölkənin digər yüksək rütbəli hərbçilərinin olduğunu əks etdirən fotonu bütün dünyaya yayıb. Az sonra İran tərəfi səhvi başa düşərək hərbçiləri Əhmədinejadın yanından “kəsib”. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar