SON XƏBƏRLƏR

“British Airways” həftə sonundan İrana uçuşları dayandıracağını bildirib

2021.10.20, 07:36
“British Airways” həftə sonundan İrana uçuşları dayandıracağını bildirib

Gunaz.tv

GünAzTV: Böyük Britaniyanın “British Airways” aviasiya şirkəti sentyabrın 16-da bəyanat yayaraq bu həftənin sonunda İrana uçuşları dayandıracağından xəbər verib.

 

Bəyanatda bildirilir ki, şirkətə məxsus sərnişin təyyarəsinin Londondan Tehrana birbaşa uçuşu həftə sonu, yəni sentyabrın 22-də olacaq və təyyarənin İran paytaxtından Londona axırıncı uçuşu isə sentyabrın 23-də həyata keçiriləcək.

 

“British Airways” şirkəti hələ bir ay, avqustun 23-də bəyanat yayaraq, Tehrana reyslərin sərfəli olmadığını vurğulayaraq, oktyabr ayının əvvəllərindən London-Tehran uçuşlarını dayandıracağını bildirmişdi.

 

Şirkət, Tehrana uçuşların sərfəli olmadığını bildirsə də, təxmin edilir ki, İrana reyslərin dayandırılması, İran milli valyutanın dollar qarşısında dəyərinin kəskin düşməsi, London-Tehran arasında uçan sərnişinlərin sayının azalması və Amerikanın Tehrana qarşı tətbiqinə başladığı sanksiyalarla əlaqədardır.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinin satışına sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar