Təbriz Yanğınsöndürmə idarəsi radio-cihazlarda türkcə danışığı rəsmi olaraq qadağan edib

2020-07-06 09:46

Təbriz Bələdiyyə İdarəsinin Təhlükəsizlik və Yanğınsöndürmə Xidmətinin rəhbəri əməkdaşların radio-cihazda türkcə danışmasını qadağan edib.

Gunaz.tv Quote | Gunaz article

Yanğınsöndürmə Xidmətinin Baş Qərargahı nəzdində fəaliyyət göstərən komandirlik və telekommunikasiya idarəsinin müdiri Məhəmməd Rza Məhəmmədi tərəfindən imzalanan sərəncamda bildirilib ki, qurumun rəhbərliyinin əmrinə əsasən rabitə-cihazlarında aparılan bütün danışıqlar farsca olmalıdır.

 

 

Daha öncə, idarənin baş qərargahı şəhərin yanğınsöndürmə məntəqələrinə radio-cihazda farsca danışmanın məcburi olması ilə bağlı elanlar yapışdırılmasını əmr etmişdi.

 

 

Məlumata əsasən, yanğınsöndürənlər əmrə əməl etmədikləri təqdirdə cərimə və töhmətlə üzləşəcəklər.

 

 

İdarənin əməkdaşlarının fikrincə, bu əmr,  xüsusilə yanğınsöndürmə əməliyyatları zamanı onların bir-biri ilə əlaqə yaratmağını çətinləşdirəcək.

 

 

Qeyd edək ki, son illərdə Təbriz bələdiyyə idarəsinin pan-iranist və anti-Azərbaycan fəaliyyətləri dəfələrlə azərbaycanlıların etirazına səbəb olub.

 

 

Təbrizin bələdiyyə rəisi İrəc Şəhin Bahirin 2018-ci ildə Təbrizdə yaşamayan və bu vaxta kimi önəmli vəzifələrdə çalışmayan bir kürdü öz müşaviri təyin etməsi yerli mətbuat və sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olmuşdu.

 

 

Etirazlardan sonra, Şəhin Bahir açıq şəkildə PKK və Pejak terror qruplaşmalarının ideyalarını dəstəkləyən radikal kürd Bəxtiyar İzzətpənahı istefaya göndərməyə məcbur olmuşdu.

 

 

Bir müddət əvvəl isə hər zaman Azərbaycan türklərinin milli kimliyinə qarşı radikal mövqe sərgiləyən tanınmış pan-farsist İsfəndiyar Qarabaği incəsənət və mədəniyyət işləri üzrə Təbriz bələdiyyə sədrinin müşaviri vəzifəsinə təyin olunub.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05

gun az article

Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb

2020-08-05

gun az article

GünazTV Ayg.04.2020-Özümüz: Qacarlar: Naserəddin Şah Dönəmi

2020-08-04

gun az article

GünazTV Aug.04.2020 -GÜNDƏM MASASI: ermənistanın İşğal siyasətində erməni kilsəsi və diasporasının rolu

2020-08-04

gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04

gun az article

Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür

2020-08-04

gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04

gun az article

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03