SON XƏBƏRLƏR

Təbrizə ayrılan büdcə vəsaiti Şiraza verilir-Təbriz Şəhər Şurasının üzvündən etiraz

2022.02.01, 07:59
Təbrizə ayrılan büdcə vəsaiti Şiraza verilir-Təbriz Şəhər Şurasının üzvündən etiraz

Gunaz.tv

O, 20 ildir Təbriz metrosunun büdcə çatışmazlığı ucbatından yarımçıq qaldığını, işə salınan xəttlər üçün nəzərdə tutulan vaqonların Şiraz şəhərinə verildiyini qınayıb.

Bir neçə gün bundan öncə günəş ilində Təbriz metrosunun təkmilləşdirilməsi üçün xətlərə əlavə olunması nəzərdə tutulan 180 milyard tümən dəyərində vaqonlar Şiraz şəhərinin metrosuna göndərilməsi Şəhər Şurası üzvlərinin narazılıına səbəb olub.

Şiraz şəhərinin bələdiyyə başçısı Ehsan Əsnafi mediaya verdiyi açıqlamada deyib ki, qarşıdakı günəş ili üçün Şirazın nəqliyyat parkına nəzərdə tutulan 450 milyard tümən büdcə artırılaraq 850 milyard tümənə qaldırılıb.

O, bunun 250 milyard tüməninin avtobus parkının yenilənməsinə, 600 milyard tüməninin isə metro vaqonlarının yenilənməsi və gəlişdirilməsinə xərclənəcəyini deyib.

Qeyd edək ki, Təbriz metrosunun tikintisinə 20 il bundan öncə İsfahan, Şiraz və Məşhəd şəhərlərinin metrosundan daha tez başlanılıb.

Ancaq, adı çəkilən şəhərlərin metrolarının əsas xətlərinin hamısının hazır olmasına baxmayaraq, Təbriz metrosunun tikintisi müxtəlif bəhanələrlə gecikdirilməsi Təbriz əhalisinin narazılığına səbəb olub.

Bir neçə həftə bundan öncə Təbrizin Şəhər Şurasının üzvü Ruhullah Dehqannejad 20 il müddətində Təbriz metrosunun cüzi bir hissəsinin istifadəyə verildiyini bildirib və bunun qəbuledilməz olduğunu deyib.

Təbriz metrosunun inşası ilə bağlı məsələlərə aydınlıq gətirilmədiyinə diqqət çəkən R.Dehqannejad 20 il ərzində metro tikintisinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı qaranlıq məqamların olduğunu vurğulayıb.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar