O, tarixi abidənin yerləşdiyi bölgədə aparılan qazıntı işlərinin öncədən bildirilmədən və Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəsmi icazəsi olmadan aparıldığını söyləyib.
“Tarixi abidənin aşkarlanmasına, bələdiyyəyə yazılı müraciət etməyimizə baxmayaraq qazıntı və tikinti işləri dayanfırılmadığı üçün məhkəməyə baş vurmuşuq”-deyə, İsmaili bildirib.
Mayın 21-də Təbrizin mərkəzində, tarixi bazar ərazisində qazıntı işləri zamanı tarixi abidənin aşkarlanması sosial mediada geniş yayılıb və təbrizlilər tarixi abidənin dağıdılmasına qarşı etiraz paylaşımları ediblər.
Bundan öncə Təbrizin müxtəlif yerlərində aparılan tikinti zamanı çox sayda tarixi abidələr aşkarlanıb.
Bunların bir çoxu bələdiyyənin və başqa ilgili qurumların məsuliyyətsizliyi nəticəsində uçurdularaq yerində yeni binalar tilikib.
Timur