SON XƏBƏRLƏR

Təbriz Tibb Elmləri Universitetində ana dili günü qeyd edilib-VİDEO

2023.02.22, 14:21
Təbriz Tibb Elmləri Universitetində ana dili günü qeyd edilib-VİDEO

Gunaz.tv

Universitet rəhbərliyinin maneələrinə baxmayaraq, tələbələr Azərbaycan türkcəsində afişalar asıb, Azərbaycan mahnıları səsləndiriblər.

Bununla yanaşı onlar Azərbaycan türkcəsində nəşr edilmiş kitablar paylayıb, ana dili barədə çıxışlar ediblər.

Qeyd edək ki, fevralın 21-dən güney Azərbaycan şəhərlərində başlayan ana dili aksiyaları davam edir.

Sulduz, Xoy, Qoşaçay və başqa şəhərlərdə də uşaqlar arasında Azərbaycan dilində çap edilən kitablar paylanılıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar