SON XƏBƏRLƏR

Azərbaycanlı yeniyetməni təhqir edən tehranlı futbolçu həbsə məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı yeniyetməni təhqir edən tehranlı futbolçu həbsə məhkum edilib

Gunaz.tv

Bu barədə təbrizli vəkil Sina Yusifi məlumat verib.

Qeyd edək ki, bir müddət öncə Təbrizin “Maşınsazi” və Tehranın “Perspolis” futbol komandalarının qarşılaşmasında Hamid Lək meydançanın kənarında top daşıyan yeniyetməni söyüb və təhqir edib.

Tehranlı qapıçının Təbrizin “Bonyan dizel” stadionunda keçirilən matçda etdiyi bu hərəkət təbrizlilərin etirazları ilə qarşılanıb.

Sosial media və mətbuatda geniş əks olunduğu üçün Təbriz məhkəməsinin 27-ci bölməsinin qərarı ilə qapıçı Təbrizə gətirilərək dindirilib.

“İrana məşrutə və konstitusiya ərməğan etmiş Təbriz və azərbaycanlılar belə təhqirlərin qarşısını qanunla alacaqlar” –məsələ ilə bağlı mətbuata açıqlama verən vəkil Sina Yusifi belə deyib.

 

به بهانه روز قلم - نگاه آذربایجان | نگاه آذربایجان

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar