SON XƏBƏRLƏR

Türkiyənin Qazi Universitetinin professorları Təbrizdə olub

2022.06.08, 08:45
Türkiyənin Qazi Universitetinin professorları Təbrizdə olub

Gunaz.tv

Bu barədə Qazi Universitetinin prezidenti professor Musa Yıldız, onun müavini professor Ehsan Qələndəroğlu və universitetin rektoru professor Süleyman Tekellinin Təbrizə səfəri zamanı razılığa gəlinib.

Qonaqlar universitetin rektoru və idarə heyətinin üzvləri ilə görüşüb və akademik əməkdaşlığın inkişaf etdirilməsinin yollarını araşdırıblar.

Təbriz Universitetinin rektoru Səfər Nəsrullahzadə Qazi Universitetinin Türkiyənin ən qədim, 100 illik, böyük və nüfuzlu universitetlərindən biri olduğunu deyib.

O, Təbriz Universitetinin bu nüfuzlu ali məktəblə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Qazi Universitetinin rəhbəri Musa Yıldız özünün və onu müşayiət edən heyətin Təbriz Universitetində olmasından məmnunluğunu ifadə edib.

O, Təbriz Universitetinin İranın ən qədim, ən etibarlı universitetlərindən biri olduğunu, birgə əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilə biləcəyinin vurğulayıb.

Görüşdə birgə əməkdaşlıq müqaviləsi imzalanıb.

Qazi Universitetinin nümayəndələri Təbriz Universitetinin müxtəlif bölmələrində, o cümlədən Maşınqayırma fakültəsində, İnnovasiya və Texnologiya Kampusunda olublar.

Təbriz Universiteti dünyanın 200 ali məktəbi ilə əməkdaşlıq sazişi imzalayıb. Bunaların əksəriyyəti Türkiyə Cümhuriyyətinin ali məktəbləridir.

Bundan öncə may ayında Təbriz Tibb Elmləri Universiteti Türkiyənin Qafqaz Universiteti, Şərqi Azərbaycan əyalətinin Səhənd və Binab universitetləri ilə Türkiyənin Ərzrum şəhərinin Atatürk Universiteti arasında əməkdaşlıqla bağlı saziş imzalayıblar.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar