SON XƏBƏRLƏR

Təbriz Universitetində aksiya keçirilib-VİDEO

2022.09.26, 11:35
Təbriz Universitetində aksiya keçirilib-VİDEO

Gunaz.tv

Sentyabrın 26-da Təbriz Universitetinin stomatologiya fakültəsinin öyrənciləri, tələbələrin kütləvi həbsinə etiraz olaraq aksiya keçiriblər.

Universitet həyətinə toplaşan öyrəncilər dərsə qatılmaqdan imtina edib və tətil aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Bu tətil İranda ümummilli etirazların hələ də davam etdiyi bir vaxta təsadüf edir.

İranın bir neçə Universitetinin öyrənciləri təhlükəsizlik qüvvələrinin tələbələrlə qarşı qəddar davranışı, etiraz edən öyrəncilərin həbs edilməsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.

Bununla yanaşı hökumət bir neçə şəhərdə Universitetlərin tətil edilməsi ilə bağlı göstəriş verib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar