SON XƏBƏRLƏR

Təbriz Universitetində etiraz aksiyası keçirilib

2022.02.16, 11:05
Təbriz Universitetində etiraz aksiyası keçirilib

Gunaz.tv

Təbrizin “Şəhid Mədəni” Universitetinin elmi heyətinin üzvləri və müəllimləri üzləşdikləri çətibliklərə etiraz olaraq aksiya keçiriblər.

Aksiyada çıxış edən Universitetin başçısı doktor Həsən Vəlizadə Proqram və Büdcə Təşkilatının onlara qarşı yaratdığı çətinliklərdən danışıb.

O, vurğuladı ki, heç bir şəxs öz zövqü və istəyinə görə Universitet müəllimləri. ölkənin elm adamlarına nəyisə diktə edə bilməz.

Vəlizadə cari günəş ilində müəllimlərin və Universitet heyətlərinin rütbələndirmə və təsnifatlandırma qanununun icra olunmamasından narazılıqlarını bildirib.

Bundan öncə fevralın 6-da Təbriz Universitetinin müəllimləri etiraz aksiyası keçirərək çox sayda müəllimə əmək haqqı vermək öhdəliyinin pozulduğunu, maliyyə çatışmazlığı səbəbindən onların əmək haqları və müavinətlərinin 30%- azaldıldığını demişdilər.

Universitet müəllimləri inflyasiyanın 44%-ə çatdığı və ölkədə milyonlarla insanın yoxsulluq içində yaşadığı bir vaxtda belə bir hərəkətin baş verməsini pisləyib, bunu təhqiramiz və qanuna zidd adlandırıblar. 

 

Açıklama yok.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar