SON XƏBƏRLƏR

Təbriz Universitetinin türk dili və ədəbiyyatı bölümündə məzun gecəsi keçirilib

2022.06.09, 06:52
Təbriz Universitetinin türk dili və ədəbiyyatı bölümündə məzun gecəsi keçirilib

Gunaz.tv

"Azərəncümən"in yayıdğı məlumata görə, mərasimdə çıxış edən türk dili və ədəbiyyatı bölməsinin başçısı doktor Taleyi universitetdə təsis olunmasından 6 il keçməsinə baxmayaraq bu fənnə yetərincə qayğı göstərilmədiyini və rəsmilərin ali məktəblə lazimi qədər əməkdaşlıq etmədiyini bildirib.

Mərasimdə çıxış edən doktor Məhəmməd Mehdipur isə qondarma "azəri" sözünün yerinə türk dili və ədəbiyyatı sözünün yayğınlaşmasına, bu fənnin tədrisi üçün professionnal müəllim heyətinin cəlb olunmasına çalışdıqlarını vurğulayıb.

Təbriz Universitetinin türk dili və ədəbiyyatı bölməsi mərkəzi hökumətin bütün əngəllərinə baxmayaraq 2016-cı ildə təsis edilib və azərbaycanlı öyrəncilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, İranda on milyonlarla Azərbaycan türkü öz ana dilində təhsil ala bilmir. Yalnız Təbriz Universitetində türk dili və ədəbiyyatı bölməsi fəaliyyət göstərir. Bu bölməyə isə hər il ancaq 40 öyrənci cəlb olunur.

2018-ci ildə Beynəlxalq Ana Dili günü münasibətilə Marağa Universitetinin 925 öyrəncisi petisiya imzalayaraq bu Universitetdə türk dili və ədəbiyyatı bölməsinin açılmasını tələb edib. 

Ancaq əlaqədar qurumlar bu müraciətə əhəmiyyət verməyib.

Əksinə bu təşəbbüsüə qoşulan tələbələr rəhdid olunub, müraciətin hazırlanmasında öncüllük edən Salar Sərkeşi adlı öyrənci universitetdən qovulub.

content_image_1654677263.jpg

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar