SON XƏBƏRLƏR

Təbriz, Ərdəbil və Zəncan şəhərlərində 3 milli fəal müvəqqəti azad edilib

2022.11.13, 11:33
Təbriz, Ərdəbil və Zəncan şəhərlərində 3 milli fəal müvəqqəti azad edilib

Gunaz.tv

Zəncan şəhərinin Səfərabad zindanında saxlanılan Şəhram Şəfəqiyan 1.5 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Əslən Muğan blgəsindən olan və Təbrizdə yaşayan, sentyabrın 29-da işə gedərkən təhlükəsizlik məmurları tərəfindən həbs edilən 24 yaşlı gənc fəal Səkinə Piran da girov qarşılığında Təbriz zindanından sərbəst buraxılıb.

Ərdəbil şəhərindən olan sənətçi və milli fəal Mürtəza Pərvin isə 400 milyon tümən girov qoyduqdan sonra ərdəbil zindanında müvəqqəti olaraq azad edilib.

O, noyabrın 3-də həbs edilərək təhlükəsizlik təcridxanasına aparılmış, noyabrın 5-də Ərdəbil zindanına köçürülmüşdür.

Mürtəza Pərvin zindanda ağır döyüldüyü və işgəncə edildiyi üçün noyabrın 6-da zindann tibb məntıqəsinə yerləşdirilmişdir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar