SON XƏBƏRLƏR

Təbriz-Urmu avtomagistralının tikintisi yarımçıq qalıb

2022.01.25, 10:50
Təbriz-Urmu avtomagistralının tikintisi yarımçıq qalıb

Gunaz.tv

Vəhid Calalzadə avtomagistralın tikintisinə vəsait ayrılmadığını və layihənin icrası üçün sərmayəçi axtarıldığını deyib.

“Urmu-Təbriz avtomobil yolunun üçüncü hissəsinin tikintisi problemlə üzləşib və həlli üçün yollar axtarılır.

Yol və Şəhərsalma Nazirliyinin sərmayəçisi tikinti xərclərinin çoxaldığına görə layihədən uzaqlaşdığı üçün bir ildir işlər dayandırılıb”-deyə, millət vəkili bildirib.

Bundan öncə Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi höccətül-islam Salman Zakir mediaya verdiyi açıqlamada tikintinin dayandırıldığını və bunun bölgənin inkişafının qarşısında əsas maneələrdən biri olduğunu demişdi.

Millət vəkilideyib ki, layihə tamamlanarsa, bu, Qərbi və Şərqi Azərbaycan əyalətlərinin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.

C.E
 

وحید جلال زاده :: خبرگزاری خانه ملت

Vəhid Calalzadə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar