SON XƏBƏRLƏR

Təbriz-Urmu yolunda külli miqdarda heroin aşkar edilib

2022.04.02, 10:02
Təbriz-Urmu yolunda külli miqdarda heroin aşkar edilib

Gunaz.tv

Məsud Xurrəmniya Təbriz-Urmu yolunda külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürüldüyünü bildirib.

Onun sözlərinə görə, daxil olan məlumatlar əsasında Təbriz-Urmu yolunda hərəkət edən avtomobil saxlanılıb. Axtarış zamanı 99.5 kiloqram heroin aşıar edilib.

Xurrəmniya narkotik qaçaqmalçılarının sayı və kimliyi barədə açıqlama verməyib. Rəis onların barələrində cinayət işinin açıldığını və məhkəmə orqanlarına təhvil verildiklərini deyib. 

Qeyd edək ki, böyük həcmdə narkotik maddələrin satışı və ölkədən çıxarılması İran İnqilab keşikçiləri və kəşfiyyat nazirliyinin nəzarəti altında həyata keçirilir.

İllərdir sanksiyalar nəticəsində iqtisadi böhran yaşayan İran hökuməti bölgədə dövlət səviyyəsində narkobizneslə məşğul olur.

Adı çəkilən dövlət qurumlarının nəzarətindən qıraq fəaliyyət göstərən qaçaqmalçılar saxlanılır və bir çox hallarda edam cəzasına məhkum edilirlər. 

Timor

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar