SON XƏBƏRLƏR

Təbrizdə neft tullantıları əkin sahələrini məhv edib

2021.10.20, 07:36
Təbrizdə neft tullantıları əkin sahələrini məhv edib

Gunaz.tv

Bu barədə ətraf mühit fəalları və yerli sakinlər məlumat yayıb.

Məlumata görə, bu ətraf mühitin çirkləndirilməsi , özəlliklə Şamqazan bölgəsinin meyvə-tərəvəz sahələrini məhvinə səbəb olub.

Məlumatda bildirilir ki,  neft və başqa bu kimi ziyanlı tullantıların ətraf mühitə axıdılması 15 ildir davam edir. Əlaqədar qurumlar və məsullar sakinlərin çoxsaylı müracitələrinə məhəl qoymur.

Təbrizin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Şahnaz Əştəri mətbuata verdiyi açıqlamada problemi təsdiqləyib və bunun neçə illik keçmişi olduğunu deyib.

Ş.Əştəri Azərbaycan bölgəsinin Dəmiryolu İdarəsinin rəhbərliyinə dəfələrlə məktub yazdıqlarına rəğmən heç bir müsbət nəticə ala bilmədiklərini bildirib.

“Son çarə olaraq Dəmiryolu İdarəsini məhkəməyə vermişik və hal-hazırda məhkəmə orqanları tərəfindən aparılan nəticəni və veriləcək qərarı gözləyirik”-deyə, Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri mətbuata verdiyi müsahibədə qeyd edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar